İDMAN


Azərbaycan məktəbliləri Kiyevdə beynəlxalq idman yarışında iştirak ediblər

Kiyev, 14 oktyabr, AZƏRTAC

Kiyevdə ilk dəfə olaraq məktəblilər arasında “ISF World Cool Games” beynəlxalq idman yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan məktəblilərinin də qatıldıqları yarışda Ukrayna, Xorvatiya, Gürcüstan, Moldova, Qazaxıstan və Çin təmsilçiləri iştirak ediblər.

Beynəlxalq idman yarışın açılış mərasimində Ukraynanın Təhsil və Elm nazirinin müavini Maksim Yarmistıy, Beynəlxalq Tələbə İdman Federasiyasının baş katibinin müavini Koje Gjelosaj, GUAM-ın Baş katibi Altay Əfəndiyev, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən S.Allahverdiyev Azərbaycanda idmanın sürətli inkişafından danışıb. Bildirib ki, bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. Məhz buna görə beynəlxalq idman qurumları ən mötəbər yarışlara ev sahibliyi hüququnu düşünmədən ölkəmizə həvalə edirlər.

İki gün davam edən yarışlarda Azərbaycan məktəbliləri inamla mübarizə aparıblar.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.