İDMAN
Azərbaycan milli komandası Dubayda Karate 1 Premyer Liqa turnirində mübarizəyə başlayıb
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Dubayda Karate 1 Premyer Liqa turniri start götürüb.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə milli komandamız da mübarizə aparır.
Premyer Liqa turnirinin birinci günündə kumite yarışlarında kişi karateçilərimizdən Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (67 kq) və Rafael Ağayev (75 kq) mübarizə aparırlar. Qadınlar arasında isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) güclərini sınayırlar.
Fevralın 15-də Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (84 kq), eləcə də İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizəyə qoşulacaqlar.
Kata üzrə idmançımız Roman Heydərov da fevralın 15-də çıxış edəcək. Fevralın 16-da isə medal döyüşləri və mükafatlandırma mərasimi olacaq.
Dubay Premyer Liqasını idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.
Nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparır.