Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirəcək
AzerTAg.az
Bakı, 9 avqust, Nicat Məmmədov, AZƏRTAC
Avqustun 9-da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Bakıda təşkil ediləcək hazırlıq prosesi avqustun 11-12-də gerçəkləşəcək.
Yığmanın baş məşqçisi Milan Obradoviç toplanış üçün 23 oyunçuya dəvət göndərib.
Milli komandaya Kamran İbrahimov, Şahin Zəkiyev, Oleq Karnaux, Nicat Mehbalıyev, Amib Seydiyarov, Turan Manafov, Murad Qayalı, Nihad Tamazov, Elçin Mustafayev, Rəhman Daşdəmirov, Elçin Əlicanov, Nicat Süleymanov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Rövlan Muradov, Süleyman Əhmədov, Abbad Ağazadə, Şakir Seyidov, Rüfət Abdullazadə, Elvin Cəfərquliyev, Rafael Məhərrəmli, Musa Qurbanlı və Emil Qasımov dəvət alıb.

Xəbərin mətnində orfoqrafik səhv var