İDMAN


Azərbaycan millisi Avropa çempionatının hazırlığına Türkiyədə yekun vurub

Bakı, 18 may, AZƏRTAC

Mayın 20-22-də Kosovoda keçiriləcək Avropa çempionatının ikinci təsnifat mərhələsində iştirak edəcək 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub. Aprelin 29-da Bakıda başlayan hazırlığa Türkiyədə yekun vurulub.

AZƏRTAC Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, baş məşqçi Eldar Əliyevin rəhbərlik etdiyi komanda qardaş ölkədə yerli yığma ilə də gücünü yoxlayıb. Türkiyə millisi ilə keçirilən 2 görüşdə rəqib qələbə qazanıb.

Beləliklə, 20 günlük təlim-məşq toplanışını yekunlaşdıran milli komanda bu gün Türkiyədən birbaşa Kosovoya yollanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.