İDMAN


Azərbaycan millisi Bakıda futvolley üzrə açıq beynəlxalq turnirdə ilk qələbəsini qazanıb

Bakı, 14 iyul, AZƏRTAC

Bakıda futvolley üzrə açıq beynəlxalq turnir davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi turnirə qələbə ilə başlayıb. Millimiz Pakistan yığmasını 2:0 hesabı ilə məğlub edib.

Futvolleyçilərimiz növbəti oyununu Hollandiya komandasına qarşı keçirəcəklər.

Turnirdə Azərbaycan, Braziliya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan və Avstriya yığmaları birincilik uğrunda mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.