İDMAN


Azərbaycan millisi növbəti xalını qazanıb

Bakı, 14 noyabr, AZƏRTAC

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Monteneqro oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda baş tutan görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

İlk hissədə rəqibin futbolçusu İqor İvanoviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq

ikinci hissədə Azərbaycan millisi rəqibin qapısı qarşısında təhlükəli vəziyyət yaratsa da say azlığından istifadə edə bilməyib.

C Liqasının birinci qrupunun digər görüşündə Kipr seçməsi Lüksemburq yığması ilə üz-üzə gəlib. Görüş Kiprın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beş turdan sonra 10 xalla Monteneqro millisi birinci, Lüksemburq 9 xalla ikinci, Azərbaycan millisi 5 xalla üçüncü, aktivində 4 xallı olan Kipr yığması isə dördüncü yerdə qərarlaşıb.

Millimiz növbəti oyununu səfərdə Lüksemburq yığması ilə keçirəcək. Həmin oyun noyabrın 15-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.