İDMAN


Azərbaycan millisinin rəqibi italiyalı məşqçi ilə müqavilə imzalayıb

Bakı, 9 mart, AZƏRTAC

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Rumıniya yığması yeni baş məşqçi ilə müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, komandanı Avropa çempionatına italiyalı mütəxəssis Luçiano Pedulla çıxaracaq. O, bu postda Nikolay İvanovu əvəzləyib.

Pedulla daha əvvəllər gənc voleybolçulardan ibarət İtaliya millisi, “Novara” və “Montsa” klublarını çalışdırıb.

Rumıniya Futbol Federasiyasının rəsmiləri italiyalı mütəxəssisin rəhbərliyi altında yığmanın Avropa çempionatında uğurla çıxış edəcəyinə inanırlar.

Avqustun 23-dən sentyabrın 8-dək Türkiyə, Polşa, Macarıstan və Slovakiyada təşkil olunacaq qitə birinciliyində millimiz “C” qrupunda Macarıstan, Niderland, Xorvatiya, Rumıniya və Estoniya yığmaları ilə birgə mübarizə aparacaq. Bu qrupun oyunlarına Budapeşt ev sahibliyi edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.