Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan ombudsmanının Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara növbəti müraciəti

Azərbaycan ombudsmanının Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara növbəti müraciəti

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə və ekoloji cinayətlərlə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına növbəti dəfə müraciət edib.

AZƏRTAC müraciəti təqdim edir.

“Ermənistan tərəfindən Azərbaycana qarşı uzun illər ərzində əsassız ərazi iddiaları irəli sürülməklə bərabər, həm də kəskin milli, irqi və dini nifrət zəminində işğalçılıq, etnik təmizləmə, soyqırımı, terrorçuluq siyasəti həyata keçirilib. Bunun acı nəticəsi olaraq, Azərbaycan ərazilərinin 20 faizindən çoxu 30 ilə yaxın bir dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış, bir milyona yaxın soydaşımız öz doğma ata-baba yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hərbi qulluqçularla yanaşı, çoxsaylı mülki şəxslər də amansızcasına qətlə yetirilmiş və ya əlilliyə səbəb olan müxtəlif ağır xəsarətlər almış, habelə əsir və itkin düşmüş, girov götürülmüşlər.

Birinci Qarabağ müharibəsi dövründə 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüşdür. Onlardan 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə yaşlı insanlar olmuşdur. Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilmiş, daha sonra onların nəşləri kütləvi şəkildə, qeyri-insani formada basdırılmışdır.

Azərbaycanın aidiyyəti dövlət orqanları tərəfindən Ermənistana, eləcə də beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edilsə də, bu gün də Ermənistan tərəfi əsassız bəhanələrlə itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən yayınır, əsir və girov götürülmüş azərbaycanlıları müxtəlif ağır işgəncələrə məruz qoymaqla qətlə yetirərək qeyri-insani şəraitdə basdırdıqları kütləvi məzarlıqların xəritələrini verməkdən imtina edir.

Göründüyü kimi, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş, habelə əsir və itkin düşmüş, girov götürülmüş çoxsaylı soydaşlarımızın beynəlxalq müqavilələrdə və milli qanunvericilikdə təsbit olunmuş fundamental insan hüquqları, xüsusən də yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi hüquqları kütləvi və kobud şəkildə pozulmuşdur.

Beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarını heçə sayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan Ermənistan tərəfindən ölkəmizin ayrılmaz tərkib hissəsi Qarabağ və ətraf rayonlarda həyat üçün zəruri olan əksər sosial-iqtisadi infrastruktur obyektləri, yaşayış və qeyri-yaşayış obyektləri yerlə-yeksan edilmiş, hətta tarixi-mədəni və dini abidələr, o cümlədən qəbiristanlıqlar tamamilə dağıdılmışdır.

Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və sair daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar qanunsuz şəkildə istismar olunmuşdur.

Transsərhəd çay olan Oxçuçayın uzun illərdir ki, Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə də mənfi təsir göstərir. Bu da həyat və sağlamlıq üçün son dərəcə təhlükəli nəticələr verir.

Bütövlükdə götürdükdə bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməllərindən hələ də əl çəkməyən Ermənistan ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə regionun ekosisteminə ciddi zərər vurmaqda davam edir.

Ermənistanda texniki və mənəvi cəhətdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının (AES) hazırda da fəaliyyət göstərməsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükə mənbəyidir. Bu isə o deməkdir ki, regionun hər bir ölkəsi Çernobıl və Yaponiyanın Fukuşima AES-lərinin aqibətini yaşamaq riski ilə üz-üzədirlər. Müxtəlif beynəlxalq təşkilatların və atom sahəsi üzrə mütəxəssislərin artıq istismar müddəti bitmiş “Metsamor” AES-i “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan nəinki stansiyanın fəaliyyətini dayandırmır, əksinə onun fəaliyyəti 2026-cı ilə və ondan sonrakı müddətə uzadılmışdır.

Yeri gəlmişkən, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin (Aİ Komissiyasının) Ermənistan üzrə tərəfdaşlığın implementasiyası haqqında 2022-ci il 17 may tarixli hesabatında da qeyd edilmişdir ki, “Metsamor” AES nüvə təhlükəsizliyi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş standartlara tam cavab verəcək formada təkmilləşdirilə bilməz və buna görə də onun bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur.

Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlara son qoyulduğunu elan edən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Cənubi Qafqazda dövlətlərarası münasibətlərin yeni reallıqlara uyğun olaraq normallaşdırılmasına və inkişafına xidmət edən davamlı sülhün təmin olunması, regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi üçün yeni imkanlar yaranmışdır.

Hazırda uzun illərdir ki, doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşayan soydaşlarımızın öz torpaqlarına təhlükəsiz şəraitdə qayıdışının təmini məqsədilə Azərbaycan işğaldan azad edilmiş ərazilərinin mina və digər partlayıcı qurğulardan təmizlənməsi, bərpa-quruculuq işləri istiqamətində tədbirlər həyata keçirir. Bütün bunlar həmin ərazilərdə davamlı inkişafa xidmət etməklə məcburi köçkün məsələsinin tamamilə həllinə yönəlmişdir. Lakin təəssüf ki, Ermənistanın pozucu və təxribatçı fəaliyyəti, xüsusilə də mövcud mina problemi regionda dayanıqlı və ədalətli sülhün təmin edilməsi, insanların həyat və sağlamlığı üçün mühüm təhlükə olaraq qalmaqda davam edir, dinc sakinlərimizin hüquqları hələ də pozulur.

İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizdə basdırılmış çoxsaylı piyada və tank əleyhinə minaların partlaması nəticəsində hərbi qulluqçularla yanaşı, çoxsaylı mülki şəxslərin də mina terrorunun qurbanına çevrilməsi, bununla da onların fundamental insan hüquqlarının kobudcasına pozulması faktları bunu əyani şəkildə təsdiq edir. Belə ki, 2020-ci il 10 noyabr tarixindən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 10 hərbi qulluqçu, 36 mülki şəxs həlak olmuş, 146 hərbi qulluqçu, 88 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Beləliklə, 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 3357 nəfər mina partlayışı nəticəsində həlak olmuş və ya xəsarət almışdır ki, onlardan 38 nəfəri qadın, 357 nəfəri isə uşaqlardır.

Çoxsaylı insan itkilərinə və xəsarətlərə səbəb olan mövcud mina problemi azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışı ləngidir, aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə ciddi maneə yaradır. Məhz buna görə də, uzun illərdir ki, hüquqları pozulan keçmiş məcburi köçkünlərimizin öz ata-baba yurdlarına qayıtması üçün, ilk növbədə, həmin ərazilər minalardan təmizlənməli, orada tamamilə məhv edilmiş infrastruktur bərpa edilməlidir.

Azərbaycan dəfələrlə Ermənistandan mina xəritələrini tələb etsə də, buna heç bir adekvat cavab verilməmişdir. Ermənistan tərəfindən verilən mina xəritələri isə ümumi minalanmış ərazilərin çox kiçik faizini əhatə etmiş və həmin sənədlərdə verilən məlumatın dəqiqliyi və etibarlılığı çox aşağı səviyyədə olmuşdur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) olaraq, beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına ünvanladığımız hesabat, bəyanat və müraciətlərdə Ermənistanın törətdiyi müharibə və terror cinayətləri, o cümlədən mina problemi ilə bağlı faktlar əsasında məlumat verilməsinə, işarələnməmiş minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsinin əsaslandırılmasına baxmayaraq, qarşı tərəf bu məsələyə hər hansı bir reaksiya verməmişdir. Əksinə, Azərbaycanın BMT tərəfindən tanınmış və işğaldan azad edilmiş ərazilərində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, o cümlədən beynəlxalq humanitar hüquqa tamamilə zidd olaraq, Ermənistan hələ də müxtəlif diversiya qrupları vasitəsilə torpaqlarımızı minalarla çirkləndirməklə, ətraf mühitə qlobal təhlükə yaratmaqla mina terroru və ekosid cinayətlərini davam etdirir.

Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı və talan edilməsi nəticəsində ətraf mühitə ciddi şəkildə zərər vurulur. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində baş verən ciddi ekoloji fəsadlar bunu bir daha sübut edir. Təəssüf ki, beynəlxalq qurumlar hələ də bu məsələdə susur.

Ermənistan ombudsmanı tərəfindən bu günlərdə yayımlanmış açıqlamada qeyd edilən əsassız iddialarla bağlı bildiririk ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ətraf mühitin mühafizəsinə önəm verən ictimai fəallar tərəfindən Laçın-Xankəndi yolunda davam etdirilən dinc aksiya da məhz Ermənistan tərəfindən ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı, talan edilməsi və nəticə etibarilə həmin fəaliyyətlərin səbəb olduğu ətraf mühitin ciddi şəkildə çirkləndirilməsinin qarşısını almaq məqsədi daşıyır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası 1999-cu il 9 noyabr tarixli Qanuna əsasən “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” 1998-ci il 25 iyun tarixli BMT Konvensiyasını ratifikasiya etmişdir. Bu aksiya da ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən bu Konvensiyanın tələblərinə uyğun şəkildə keçirilir.

2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmış, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdur. Bütün bunlar ciddi hüquq pozuntularının mövcud olduğunu təsdiqləyir. Bununla yanaşı, Ermənistan Respublikası tərəfdar çıxdığı “Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında” 1976-cı il tarixli Konvensiya, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” 1989-cu il tarixli Bazel Konvensiyası, “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” 1992-ci il tarixli Konvensiya və digər beynəlxalq müqavilələr üzrə öhdəliklərinə də məqsədli şəkildə əməl etmir. Təsadüfi deyildir ki, Ermənistan “Transsərhəd suaxınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair” 1992-ci il tarixli Konvensiyanı ratifikasiya etməkdən də qərəzli şəkildə yayınır.

Aksiya iştirakçıları tərəfindən Laçın-Xankəndi yolunda humanitar yüklərin daşınması üçün heç vaxt maneə yaradılmayıb və hazırda da yaradılmır. Humanitar məqsədlər üçün açıq olan bu yolda hər iki istiqamətə onlarla avtomobil maneəsiz hərəkət edir.

Bir daha Ermənistan tərəfini aksiya barədə saxta məlumatlar tirajlamaq və beynəlxalq ictimaiyyəti çaşdırmaqla Azərbaycana qarşı yanlış fikir formalaşdırmaq məqsədi daşıyan qərəzli açıqlamalar verməkdənsə, uzun illər ərzində Azərbaycana qarşı törədilən müharibə cinayətlərini və ekoloji terroru dayandırmağa, Azərbaycana qarşı hərbi təcavüz nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsinə, əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının ağır işgəncələrə məruz qoyulmaqla qətlə yetirilməsi və nəşlərinin kütləvi şəkildə, qeyri-insani formada basdırılması faktlarını araşdırmağa, Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizdə basdırılmış və günahsız insanların həyatlarının itirilməsi və ya əlilliklə nəticələnən ağır xəsarətlər almasına səbəb olan minaların dəqiq xəritələrini ölkəmizə təhvil verməyə dəvət edirəm.

Hesab edirik ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, xarici ölkələrdə fəaliyyət göstərən ombudsman təsisatları və digər milli insan hüquqları institutları regionda pozulan insan hüquqlarının bərpası naminə beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüququn tələblərinə Ermənistan tərəfindən əməl olunması və daimi sülhün bərqərar edilməsi istiqamətində birgə səylər göstərməlidir.

Ermənistan transsərhəd çay olan Oxçuçayın zəhərli maddələrlə çirkləndirilməsinə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoymalı, Azərbaycanın müvafiq dövlət orqanlarına ekoloji və digər fəsadlarla bağlı həmin yataqlarda monitorinq aparmasına şərait yaradılmalıdır.

Çernobıl və Fukuşimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün təcili olaraq “Metsamor” AES-in fəaliyyəti təhlükəsiz şəkildə dayandırılmalı və radioaktiv tullantıların Beynəlxalq Atom Enerjisi Agentliyinin “İstifadə olunan yanacaq idarəetməsinin təhlükəsizliyi və radioaktiv tullantıların idarə edilməsi təhlükəsizliyi haqqında” Birgə Konvensiyasının, habelə Avropa Şurası Parlament Assambleyasının 1588 saylı qətnaməsinin (2007) müəyyən etdiyi tələblərə uyğun şəkildə ciddi beynəlxalq nəzarət altına alınmalıdır.

Ermənistanda və onun sərhədlərindən kənarda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşmasına səbəb olan, tərəflər arasında dayanıqlı sülhün təmin edilməsinə maneə yaradan xoşagəlməz hadisələr, eyni zamanda, erməni əsilli şəxslər tərəfindən açıq çıxışlarda, sosial mediada düşmənçiliyi təşviq edən nifrət və kin dolu ifadələrin işlənməsi kəskin şəkildə pislənilməlidir. BMT tərəfindən qəbul edilmiş “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasına, “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 1973-cü il tarixli Konvensiyaya uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş hücumlarla bağlı qanuni ölçü götürülməlidir.

Bundan əvvəlki illərdə, eləcə də hazırda təqdim etdiyimiz müraciətdə öz əksini tapmış insan hüquqları pozuntuları ilə bağlı təkzibolunmaz faktlar Ermənistanın sülh və insanlıq əleyhinə, habelə müharibə və terrorçuluq cinayətlərini bir daha ifşa etməklə həmin dövlətə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən addımların atılmasını zəruri edir.

Ümidvarıq ki, beynəlxalq təşkilatların ədalətli mövqeyi, insan hüquqlarına hörmət müstəvisində yanaşmaları əsasında Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsinə nail olmaq mümkün olacaqdır”.

Qeyd edək ki, müraciət BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib