ELM VƏ TƏHSİL


Azərbaycan paytaxtında rus dili və ibtidai məktəb müəllimləri üçün seminar keçirilib

Bakı, 23 may, AZƏRTAC

Bakıdakı Rus evində Tədris-Metodiki Mərkəzin bazasında rus dili və ibtidai məktəb müəllimləri üçün “Gələcək nəslin tərbiyəsində, rus dili və mədəniyyətinin qorunub saxlanmasında və inkişafında bədii sözün rolu” mövzusunda seminar keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, seminarda Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini Valentina Reznikova, “Günay” uşaq teatrının rəhbəri Larisa Tarusova, Bakı şəhərindəki 17 saylı məktəbin rus dili və ədəbiyyatı müəllimi Əminə Azamalıyeva çıxış ediblər.

Onlar öz çıxışlarında vurğulayıblar ki, məktəblərdə ən yaxşı qiraətçi adı uğrunda müsabiqələrin keçirilməsi, bədii əsərlərin teatrlaşdırılmış tamaşası, oxunan kitabların kollektivdə müzakirəsi və lüğətlərdən fəal istifadə bədii sözün inkişafında böyük rol oynayır.

Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina seminara yekun vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.