ELM VƏ TƏHSİL


Azərbaycan qadınları bütün dövrlərdə qəhrəmanlıq və yenilməzlik nümunəsi olub

Bakı, 7 mart, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.

Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışıb, xanımların ölkə həyatının digər istiqamətlərində olduğu kimi, təhsil sahəsində də öncül mövqe tutduğunu söyləyib. Qeyd edilib ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olub.

Rəşad Tağıyev xanımların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsini və cəmiyyətdə fəal mövqe tutmasını təqdirəlayiq hal kimi səciyyələndirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev hər zaman Azərbaycan qadınlarının cəmiyyətdə layiqincə təmsil olunmasına xüsusi diqqət yetirib, bu məsələ dövlət siyasətinin aparıcı istiqamətlərindən olub. Rəşad Tağıyev Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə daxilində və beynəlxalq aləmdə humanist məqsədlərə xidmət edən çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının adını yüksəltdiyini qeyd edib.

Tədbirdə BŞTİ kollektivinin qadın üzvlərinə səmimi arzularını bildirən idarənin struktur bölmə rəhbərləri təhsil sektorunda mühüm nailiyyətlərin əldə edilməsində, cəmiyyətdə və ailədə milli-mənəvi dəyərlərin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıblar.

Sonda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə idarənin xanım əməkdaşlarına BŞTİ-nin hədiyyələri və həmkarlar ittifaqı komitəsinin fəxri fərmanları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.