Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan regionun əsas güc mərkəzi kimi mövqeyini daha da gücləndirir

Azərbaycan regionun əsas güc mərkəzi kimi mövqeyini daha da gücləndirir

Bakı, 5 iyun, Səadət Hakıyeva, AZƏRTAC

Əzəli Azərbaycan torpaqlarında yaradılan Ermənistanın ilk işi toponimləri saxtalaşdırmaqla özünə saxta tarix yaratmaq olub. Halbuki işğalçı ölkənin yerləşdiyi ərazinin tarixən Azərbaycan torpağı olduğu bütün sənədlərdə əks olunub. Bu ölkənin uzun illər səhra komandirləri tərəfindən idarə olunması isə Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur. Prezident İlham Əliyevin Tərtər Olimpiya Kompleksinin açılışı zamanı bəyan etdiyi kimi, bu ölkədə rəhbərlər fərd olaraq dəyişsə də, onun terrorçu və işğalçı mahiyyəti zərrə qədər dəyişməyib. Bu gün də Ermənistan faşizm ideologiyası ilə idarə olunur. Faşist cəlladı Njdeyə ucaldılan abidənin bu gün də qorunub saxlanması, onun qəhrəmanlaşdırılması məsələnin mahiyyətini izah etmək üçün kifayətdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat diqqətə çatdırıb ki, regionda istər siyasi, istər humanitar və istərsə də ekoloji terror işğalçı Ermənistanın adı ilə bağlıdır.

“Biz bir neçə gün əvvəl Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdik. Təəssüflə vurğulayırıq ki, məhz atəşkəs dövründə 34 azərbaycanlı uşaq erməni təcavüzünün qurbanı olub. Budur işğalçı ölkənin əsl siması. Müharibə dövründə olduğu kimi, atəşkəs dövründə də hərbçilərlə yanaşı, mülki vətəndaşlara, dinc əhaliyə, xüsusilə də, azyaşlılara qarşı cinayət törətmək bir daha göstərir ki, Ermənistanın terrorçu mahiyyəti dəyişməyib. Belə faktlar kifayət qədərdir. Azərbaycan Prezidenti nitqində xüsusilə vurğuladı ki, regionda ekoloji terror da məhz Ermənistanın adı ilə bağlıdır. Dövlətimizin başçısı qeyd etdi ki, Sərsəng su anbarının inşası Azərbaycan dövlətinin büdcəsi hesabına həyata keçirilib. Mənfur qonşularımız hər il xüsusilə də yay aylarında suyumuzu kəsməklə öz terrorçu mahiyyətini növbəti dəfə ortaya qoyur. Daha bir faktı vurğulamaq lazımdır ki, Ermənistanın ərazisindəki istismar müddəti başa çatmış "Metsamor” Atom Elektrik Stansiyası bu gün region üçün ciddi təhlükədir, lakin işğalçı ölkə bu məsələ ilə bağlı da öz destruktiv mövqeyindən əl çəkmir. Bütün bu faktlar təcavüzkar və işğalçı Ermənistanın bütövlükdə region üçün çox ciddi təhlükə mənbəyi olduğunu deməyə əsas verir”, -deyə K.Nurullayeva fikirlərini belə ifadə edib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan dövləti bütün məsələlərə yalnız konstruktiv yanaşma sərgiləməklə, eyni zamanda, uğurlu daxili və xarici siyasət yürütməklə regionda sabitlik, təhlükəsizlik adasına çevrilib. Dövlət siyasətinin mərkəzində, ilk növbədə, vətəndaş və onun maraqları dayanır. Ermənistanda gənc nəsil neofaşizm ənənələr ilə yaşadığı halda Azərbaycan gəncləri məhz dövlətin uğurlu gənclər siyasəti nəticəsində daha sağlam ruhda yetişir. İşğalçı ölkədə ianələr hesabına formalaşan dövlət büdcəsi faşist cəlladlarına abidə ucaltmaq üçün xərclənir. Azərbaycanda isə büdcə Olimpiya idman komplekslərinin, sosial obyektlərin, yeni iş yerlərinin yaradılmasına xərclənir. Bu mürəkkəb pandemiya dövründə belə Azərbaycanda insanların sağlamlığı, sosial rifahı ön plandadır.

“Ölkəmiz, eyni zamanda, regionun inkişafı naminə qlobal miqyaslı layihələrin təşəbbüskarıdır. Pandemiya dövründə isə Azərbaycan qlobal həmrəyliyin təşəbbüskarı qismində çıxış etməklə sülh və təhlükəsizliyin təminatçısı statusunu daha da möhkəmləndirdi. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həllində tarixi həqiqət, siyasi, hüquqi, iqtisadi, hərbi üstünlük də Azərbaycana məxsusdur. Beynəlxalq səviyyədə artan etimad münaqişənin həlli ilə bağlı rəsmi Bakının ədalətli mövqeyini dəstəkləyənlərin sayına da təsir edir. Nəticə etibarı ilə Azərbaycan həm də regionun əsas güc mərkəzi kimi öz mövqeyini daha da gücləndirir”, - deyə Könül Nurullayeva fikrini tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb