MƏDƏNİYYƏT


Azərbaycan rəssamlarının əsərlərinin onlayn satış sərgisi açılıb

Bakı, 7 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, “Artgift Azerbaijan”ın dəstəyi ilə sentyabrın 7-də Azərbaycan rəssamlarının onlayn satış sərgisi açılıb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onlayn satış sərgisi respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında yeni əlaqələrin yaradılmasına dəstək olmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə həyata keçirilir.

Sərgidə iştirak üçün Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan 300-ə yaxın orta və gənc nəsil rəssamlar müraciət edib və 100-ə yaxın rəssamın 150-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi və satışı üçün əsərlər qəbul edilib.

Onlayn satışa çıxarılan əsərlər www.artgift.az portalında nümayiş olunur. Əsərləri əldə etmək üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar. Sərgidə alıcı və satıcılar arasında vasitəçi rolunu Azərbaycan Dövlət Rəsm Qalereyası həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.