İDMAN


Azərbaycan şahmatçıları Beynəlxalq Şahmat Festivalının mükafatları uğrunda mübarizə aparırlar

Bakı, 10 avqust, AZƏRTAC

Əbu-Dabidə 25-ci Beynəlxalq Şahmat Festivalının baş turnirində 158 şahmatçı, o cümlədən 50-dən çox qrossmeyster iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu turnirdə Azərbaycanı beynəlxalq dərəcəli usta Günay Məmmədzadə və FIDE ustası Rəvan Əliyev təmsil edirlər.

İlk iki turda 20 iştirakçının hər biri, o cümlədən Günay Məmmədzadə iki qələbə qazanıb. O, qadın şahmatçılar arasında liderdir. Rəvan Əliyevin aktivində 1,5 xal var.

“B” qrupunda FIDE reytinqi 2200-dən çox olmayan 231 şahmatçı mübarizə aparır. Bu turnirdə 16 şahmatçı dalbadal üç qələbə qazanıb, 22 şahmatçı, o cümlədən Fərid Mustafayev onlardan yarım xal geri qalır.

Yarışlar İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Qaliblərin adları avqustun 15-də açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.