İDMAN
Azərbaycan şahmatçıları Tehranda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 23 oktyabr, AZƏRTAC
Sabah Tehranda II “Paytakht Cup” beynəlxalq şahmat festivalı başlanacaq.
AZƏRTAC xəbər verir ki, yarışlar üç qrupda aparılacaq. A qrupunda reytinqi 2100-dən yuxarı olan, B qrupunda reytinqi 2100-dən aşağı olan şahmatçılar, C qrupunda 14 yaşadək şahmatçılar iştirak edəcəklər.
“A” turnirində 10 ölkədən 54 şahmatçı, o cümlədən 19 qrossmeyster iştirak edir. Bu turnirdə ölkəmizi Urfan Sevdimalıyev təmsil edəcək. “C” qrupunda 5 ölkədən, o cümlədən Azərbaycan, Əfqanıstan, Almaniya, İngiltərə və İrandan 140 şahmatçı iştirak edir. Burada start turnirə Uğur Həsənli və Pərviz Rzayev çıxacaq.
“Paytakht Cup” turniri İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]