İDMAN


Azərbaycan şahmatçısı Arkadi Naydiç “GRENKE Chess Classic 2019” superturnirində mübarizə aparır

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Almaniyada “GRENKE Chess Classic 2019” superturniri start götürür.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Arkadi Naydiçin də qatıldığı yarışda dünya çempionu norveçli Maqnus Karlsen, amerikalı Fabiano Karuana, hindistanlı Vişvanatan Anand və digər zəka ustaları iştirak edirlər.

Superturnirin birinci turunda Arkadi Naydiç ermənistanlı Levon Aronyan ilə üz-üzə gələcək. Həmçinin Maqnus Karlsen - Vinsent Keymer, Qeorq Mayer - Fransisko Valexo, Piter Svidler – Fabiano Karuana, Maksim Vaşe-Laqrav – Vişvanatan Anand partiyaları oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.