İDMAN


Azərbaycan şahmatçısı Birləşmiş Ərəb Əmirliklərində keçirilən turnirdə fərqlənib

Bakı, 20 aprel, AZƏRTAC 

Azərbaycan şahmatçısı Eltac Səfərli Birləşmiş Ərəb Əmirliklərinin Şarcə şəhərində keçirilən turnirdə ikinci yeri tutub.

AZƏRTAC xəbər verir ki, turnirin sonuncu - 9-cu turunda şahmatçımız çinli Van Hao ilə heç-heçə oynayıb. Eltac Səfərli 7 xal toplayaraq, ikinci yerdə qərarlaşıb.

E.Səfərlidən yarım xal geri qalan digər şahmatçımız Arkadi Naydiç sonuncu turda argentinalı Sandro Mareko ilə heç-heçə oynayıb, yekunda 10-cu yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.