SİYASƏT


Azərbaycan səfiri etimadnaməsini Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təqdim edib

Sarayevo, 27 sentyabr, AZƏRTAC

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçə təqdim edib.

AZƏRTAC xəbər verir ki, etimadnamənin təqdimetmə mərasimi çərçivəsində səfir V.Quliyev ilə Ş.Caferoviç arasında qarşılıqlı şəkildə gələcək əməkdaşlıq istiqamətləri barədə söhbət aparılıb. Müzakirələr zamanı ikitərəfli əlaqələrə toxunan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşlərini və cari ilin iyun ayında ölkəmizdə keçirilmiş IX Qlobal Bakı Forumunda iştirakını məmnunluqla xatırladıb və Azərbaycan Prezidentinə salamlarını çatdırmağı xahiş edib. Ş.Caferoviç bu görüşlərdə çox səmimi və səmərəli müzakirələrin aparıldığını bildirib.

O vurğulayıb ki, Bosniya və Herseqovina Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü müdafiə etməsini və Qarabağın uğurla bərpa olunmasını dəstəkləyir. Vurğulayıb ki, ölkələrimiz arasında güclü siyasi əlaqələr ikitərəfli münasibətlərə olduqca müsbət təsir edir.

Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Şefik Caferoviçə çatdırıb.

V.Quliyev torpaqlarımızın işğalı zamanı və İkinci Qarabağ müharibəsi dövründə Bosniya və Herseqovinanın ölkəmizin ərazi bütövlüyünün bərpasına göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Səfir ölkələrimiz arasında mövcud olan güclü siyasi əlaqələrin ümumilikdə ikitərəfli münasibətlərimizə olduqca müsbət təsir etdiyini deyib. V.Quliyev ikitərəfli və çoxtərəfli səviyyədə mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.