Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan sənayenin sürətli inkişafı üçün güclü potensiala və zəngin ənənələrə malikdir

Bakı, 23 yanvar (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2014-cü il ölkədə “Sənaye ili” elan edilmişdir. Ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda geniş miqyaslı sənayeləşmə siyasəti həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır.

Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, məhsul istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Xüsusilə təqdirəlayiq haldır ki, bu dinamik inkişaf dünya miqyasında qlobal iqtisadi böhran fonunda gedir. “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən, dünya ölkələrinin rəqabətqabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutur və ardıcıl olaraq 5 ildir ki, MDB məkanında öz liderlik mövqeyini qoruyub saxlayır.

Dövlət başçısının müvafiq Fərmanı ilə növbəti mərhələdə ölkəmizin dayanıqlı inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdir. Konsepsiyanın əsas hədəflərindən biri qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı və adambaşına düşən qeyri-neft ixracının artırılmasıdır.

Azərbaycan sənayenin sürətli inkişafı üçün güclü potensiala və bu sahədə zəngin ənənələrə malikdir. Hələ 19-cu əsrin ikinci yarısında Bakıda neft istehsalının genişlənməsi yalnız neft sektorunun deyil, digər sahələrin də inkişafına imkan yaratmışdı. Ötən əsrin 70-80-ci illərində isə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ölkədə güclü sənaye potensialı formalaşdırılmışdır. Həmin dövrdə yaradılmış neft maşınqayırması kompleksi, dərin özüllər, məişət kondisionerləri, radio-quraşdırma, elektron-hesablama maşınları zavodları və digər iri müəssisələr nəinki respublikanın, hətta keçmiş SSRİ-nin bu sənaye məhsullarına olan tələbatının böyük hissəsini ödəyir, həmçinin bir çox xarici ölkələrə məhsul ixrac olunurdu. Bununla yanaşı, neft sənayesi üçün mütəxəssislərin hazırlanmasında Azərbaycan dünyada tanınmış mərkəzlərdən biri idi.

Müstəqilliyin ilk illərində “Əsrin müqaviləsi”nin imzalanması və transmilli layihələrin icrası ilə başlanmış uğurlu neft strategiyasının həyata keçirilməsi neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin də inkişafına təkan vermişdir. Eyni zamanda, “Əsrin müqaviləsi” neft-qaz və onunla əlaqəli sahələrdə yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına, sənayenin kadr təminatının yaxşılaşmasına zəmin yaratmışdır.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq son 10 ildə ölkə sənayesinin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu dövrdə sənaye sahəsinə 40 milyard manatdan çox investisiya yatırılmış, modern və müasir tələblərə uyğun rəqabət qabiliyyətli sənayenin yaradılmasına yönəlmiş tədbirlər real nəticələr vermişdir. Bu illər ərzində Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan Avtomobil Zavodu, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, “EMBAWOOD” mebel fabrikləri, İmişli şəkər, Masazır duz zavodları, Qəbələ və Xaçmazda konserv, Ağcabədidə süd məhsulları, Oğuzda qarğıdalı emalı və qlükoza istehsalı müəssisələri, eləcə də energetika, maşınqayırma, qida, məişət cihazları, tikinti materialları və digər sahələrdə yüzlərlə müasir sənaye müəssisəsi istifadəyə verilmişdir.

Təkcə 2013-cü ildə Bakının Qaradağ rayonunda gəmiqayırma, Qazaxda sement, Sumqayıtda polad boru, Daşkəsəndə qızıl, Qəbələdə şərab zavodları, Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik plitələr, Abşeronda karton qablar istehsalı müəssisələri, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox müasir sənaye müəssisəsi işə salınmışdır. Hazırda 90-dan artıq sənaye müəssisəsinin tikintisi davam etdirilir. Bütün bunlarla yanaşı, ölkəmizdə əvvəllər mövcud olmayan müdafiə, kosmik və alternativ enerji sənaye sahələri yaradılmışdır.

Yeni və müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində 2003-2012-ci illərdə əlavə dəyər qeyri-neft sənayesində 2,2 dəfə, o cümlədən qeyri-neft emalı sənayesində 2,3 dəfə artmışdır. Sənaye məhsulunda əlavə dəyərin xüsusi çəkisi 53,5 faizdən 78 faizə, ümumi daxili məhsulun strukturunda sənayedə yaradılmış əlavə dəyərin payı 40,4 faizdən 50 faizə yüksəlmişdir. Qeyri-neft sənayesi məhsullarının ixracı 5 dəfə, sənaye müəssisələrində əsas fondlar 3,9 dəfə artmış və 46,8 milyard manata çatmışdır.

İqtisadiyyatın şaxələndirilməsi siyasətinin nəticəsidir ki, son illərdə qeyri-neft sənayesinin artım tempi sənayenin neft sektorunun artım tempini üstələmişdir. Qarşıdakı illərdə beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən və yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir. Artıq Sumqayıt Kimya Sənaye Parkının, Balaxanı Sənaye və Yüksək Texnologiyalar Parkının yaradılması işləri həyata keçirilir. Həmçinin Gəncə və Mingəçevir şəhərlərində, Bakının Qaradağ rayonunda da müasir sənaye şəhərciklərinin salınması nəzərdə tutulur.

Prezident İlham Əliyevin 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Sərəncamı sənayeləşmə siyasətinin növbəti uğurlarını, ölkəmizin regionun sənaye mərkəzinə çevrilməsini təmin edəcəkdir. Bu il müasir texnologiyalara və innovasiyalara əsaslanan sənayeləşmə siyasətinin davam etdirilməsi, texnoparkların yaradılması sahəsində işlərin sürətləndirilməsi, metallurgiya sənayesinin inkişafı, böyük sənaye komplekslərinin və emal müəssisələrinin tikilməsi əsas hədəflər sırasındadır.

Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində məlumat vermişdir.

Onun sözlərinə görə, Azərbaycanda sənayenin inkişafını şərtləndirən amillərdən biri də makroiqtisadi sabitlikdir. Yeni qeyri-neft sənaye sahələrinin yaradılması üçün karbohidrogen ehtiyatları ilə yanaşı, dəmir filizi, qızıl, mis, alunit və digər zəngin təbii ehtiyatlar da çox mühüm amildir. Dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcəkdir.

Nazir bildirmişdir ki, son illərdə enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində də ardıcıl işlər görülmüş, 2300 meqavatdan çox yeni generasiya gücü yaradılmışdır. Bununla yanaşı, alternativ və bərpa olunan mənbələr hesabına enerji istehsalının artırılması ilə bağlı tədbirlər davam etdirilir. Bütün bunlar, sənayenin etibarlı enerji təchizatında əhəmiyyətli rol oynayır.

Digər mühüm məsələ ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır ki, bu da yerli məhsulların, həmçinin sənaye məhsullarının xarici bazarlara çıxışını daha da genişləndirəcəkdir. Bu baxımdan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulmasını, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri limanın inşası layihələrini xüsusi qeyd etmək lazımdır.

Hazırda ümumi daxili məhsulun 70 faizi həcmində olan strateji valyuta ehtiyatları iri layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.

Şübhəsiz ki, son illərdə yaradılmış əlverişli biznes və investisiya mühiti ölkədə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafını şərtləndirən başlıca amillər sırasındadır. Eyni zamanda müvafiq dövlət dəstəyi mexanizmləri və institutları (AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu) sənayenin inkişafına öz töhfəsini verəcəkdir.

Ölkədə formalaşmış yüksək ixtisaslı kadr potensialı, xüsusilə “qara qızıl”ın “insan kapitalı”na çevrilməsi siyasəti çərçivəsində xarici ölkələrin aparıcı universitetlərində təhsil almış azərbaycanlı gənclərin sənayenin inkişafında da böyük rolu olacaqdır.

Qeyd edilənlər və digər amillər qeyri-neft sənayesinin potensial imkanlarının reallaşdırılmasını və davamlı inkişafını təmin edəcəkdir.

Sənayenin modernləşdirilməsi, onun innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması əsas istiqamətlər kimi qəbul olunmuşdur.

Eyni zamanda, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması sahəsində ardıcıl tədbirlər həyata keçiriləcəkdir. Bu siyasətə uyğun olaraq, ölkənin regionlarında sənaye potensialının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılacaqdır.

Nazir vurğulamışdır ki, növbəti mərhələdə sənayenin inkişafının əsas istiqamətlərindən biri də dövlət dəstəyinin genişləndirilməsidir. Bu baxımdan sənaye parklarının yaradılması istiqamətində zəruri işlər sürətləndiriləcəkdir. Eləcə də sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, güzəştli maliyyə resurslarına çıxışın, maarifləndirmənin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq üçün daha əlverişli şərait yaradılması da ölkədə qeyri-neft sənayesinin inkişafını sürətləndirəcəkdir.

Azərbaycan uçun ənənəvi neft-qaz emalı sənayesinin inkişaf etdirilməsi qarşıdakı illər uçun əsas prioritetlərdən biri olaraq qalacaqdır. Bununla yanaşı, qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindəndir. Perspektivli sahələrindən biri yerli xammala əsaslanan metallurgiya sənayesidir. Bu sahədə 4 zavoddan ibarət tam istehsal zənciri yaradacaq Azərbaycan Polad İstehsal Kompleksi ilə yanaşı, Gəncədə 2-ci alüminium istehsal xəttinin, alüminium yarımfabrikat istehsalı müəssisələrinin tikintisi xüsusi əhəmiyyət kəsb edəcəkdir.

Yeni neft və qaz emalı, neft-kimya və Sumqayıt Karbamid zavodlarının inşası ümumilikdə qeyri-neft sənayesinin və əlaqədar sahələrin inkişafına təkan verəcəkdir.

Nazir qeyd etmişdir ki, perspektivli sahələr hesab olunan maşınqayırma sənayesində, xüsusilə də neft maşınqayırması sahəsində istehsal çeşidlərinin və həcminin artırılması, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin genişləndirilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçiriləcəkdir. Habelə yeni sement istehsalı güclərinin fəaliyyətə başlaması, metal konstruksiyaların, seramik plitələrin istehsalı tikinti materialları sənayesinin dinamik inkişafına imkan yaradacaqdır.

Növbəti illərdə aqrar sənayenin inkişaf etdirilməsi məqsədilə yerli xammala əsaslanan kənd təsərrüfatı məhsulları emalının artırılması ölkə əhalisinin qida sənayesi məhsullarına olan tələbatını daha dolğun ödəməklə yanaşı, ixrac potensialının reallaşdırılmasına yol açacaqdır. Eləcə də yüngül sənayenin inkişafı və yerli xammala əsaslanan müəssisələrin yaradılması dəstəklənəcəkdir. Yeni sahələr olan kosmik və müdafiə sənayesinin inkişafına, alternativ enerji istehsalının genişləndirilməsinə xüsusi diqqət yetiriləcəkdir.

Bütün bunlar Prezident İlham Əliyevin müəyyən etdiyi mühüm vəzifələrin, “Sənaye ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin uğurlu icrasını, müasir, innovativ, rəqabət qabiliyyətli və ixrac yönümlü sənayenin formalaşmasını təmin edəcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi