Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik tarixindən bəhs edən kitab işıq üzü görüb

Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik tarixindən bəhs edən kitab işıq üzü görüb

Bakı, 30 dekabr, AZƏRTAC

Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik tarixindən bəhs edən “Azərbaycan təhlükəsizlik orqanları - 100 il. Təhlükəsizlik tariximizin səhifələrindən (1919-2019)” adlı kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, nəfis tərtibatlı kitabda ölkəmizin xüsusi xidmət strukturlarının yaranması tarixi barədə məlumat verilir, mənalı ömrünün 25 ilini Azərbaycanın təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin peşəkarlıq məktəbinin nümunələri təqdim olunur.

Nəşrdə Ulu Öndərin və onun siyasi irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşlərindəki nitqləri və təbrikləri, həmçinin bu mühüm dövlət təsisatının müasir tələblərə uyğun təkmilləşdirilməsi, inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərinə diqqət və qayğısını əks etdirən hüquqi aktlar yer alır.

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin, AZƏRTAC-ın və Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin materiallarından və fotoarxivindən istifadə edildiyi kitabın “Ön söz əvəzi”ndə qeyd olunur ki, müasir Azərbaycan dövlətçiliyi qədim və şanlı tarixi köklərə, yüz illər boyu nəsildən-nəslə ötürülən ənənələrə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin həmyaşıdı kimi Azərbaycan təhlükəsizlik orqanları da zəngin və kəşməkəşli yol keçib. 2019-cu ildə Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 ili tamam olub. Milli yaddaşda özünəməxsus yeri və rolu olan xüsusi xidmət orqanlarının təşəkkülü və formalaşması xalqımızın taleyi və inkişaf mərhələləri ilə sıx bağlıdır.

Vurğulanır ki, Azərbaycanda dövlət təhlükəsizliyinin təminatı sistemi ulu öndər Heydər Əliyevin vətənpərvərlik irsinə və peşəkarlıq məktəbinə əsaslanır. Ömrünün 25 ilini xüsusi xidmət orqanlarında fəaliyyətə həsr edən ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələrinin və amallarının yaşadılması Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətinin dəyişməz prinsipidir. Bu prinsipin əsasında dövlət müstəqilliyinin əbədiliyinin və dönməzliyinin qorunması, sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması, işğal altındakı ərazilərimizin azad edilməsi, ölkəmizin hərtərəfli inkişafı və daha da qüdrətlənməsi dayanır.

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanına əsasən, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Yeddi hissədən ibarət nəşrin birinci hissəsində ölkəmizdə xüsusi xidmət orqanlarının Cümhuriyyət dönəmindən müstəqilliyin bərpasınadək olan dövrü əhatə edən tarixindən ətraflı bəhs olunur. “Heydər Əliyev - Azərbaycanın təhlükəsizlik orqanlarının milli mənafelərə xidmət edən dövlət təsisatı kimi formalaşması prosesinin banisi” adlı ikinci hissədə Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, ömrünün 25 ilini ölkəmizdə xüsusi xidmət orqanlarında xidmətə, bu sahənin inkişafına və milliləşməsinə həsr etmiş ulu öndər Heydər Əliyevin fəaliyyəti əksini tapır. Həmçinin Ümummilli Liderin əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin tarixi xidmətlərinin üzə çıxarılmasında misilsiz rolu, dahi şəxsiyyətin 1960-1970-ci illərdə Azərbaycan əleyhinə yönəlmiş erməni-daşnak qüvvələrinin məkrli planlarına qarşı qətiyyətli mübarizəsi və digər məsələlər geniş işıqlandırılır.

“Heydər Əliyevin şanlı dövlətçilik irsi milli təhlükəsizliyin təminatı üçün tükənməz mənbədir” adlı hissədə Ulu Öndərin müstəqil Azərbaycanda milli təhlükəsizlik orqanlarının inkişafına bilavasitə diqqət və qayğısını əks etdirən materiallar yer alır.

Kitabın dördüncü hissəsi “Azərbaycanın milli təhlükəsizlik orqanları müasirləşmə və yeniləşmə dövründə” adlanır. Bu hissədə Prezident İlham Əliyevin milli təhlükəsizlik orqanlarının inkişafına ali diqqət və qayğısından, xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşlərindən, bu sahənin ən müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində görülən işlərdən ətraflı söz açılır.

“Azərbaycan təhlükəsizlik orqanlarının tarixində yeni mərhələ” adlı hissədə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin milli maraqlarını qorumağa qadir olan güclü və ən müasir tələblərə cavab verən, milli birlik və həmrəylik, vətənpərvərlik və dövlətə sədaqət prinsipini rəhbər tutan xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti, beynəlxalq əməkdaşlığı ilə bağlı maraqlı məlumatlar oxuculara təqdim olunur.

Nəşrdə, həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 25 illik səmərəli fəaliyyətindən və bu qurumun müharibə qurbanlarının taleyində oynadığı mühüm rolundan bəhs edilir. Eləcə də milli təhlükəsizlik orqanlarının əməkdaşları olan Azərbaycanın Milli Qəhrəmanları haqqında məlumat verilir, qurumun fəaliyyətinin ən müasir tələblər səviyyəsində təşkili, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər əksini tapır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi