ELM VƏ TƏHSİL
“Azərbaycan titanmaqnetitli konsentratlarının reduksiya proseslərinin fiziki-kimyəvi əsasları” kitabı nəşr olunub
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Afəridə Qasımovanın “Azərbaycan titanmaqnetitli konsentratlarının reduksiya proseslərinin fiziki-kimyəvi əsasları” kitabı rus dilində (Fiziko-ximiçeskiye osnovı proçessov vosstanovleniya titanomaqnetitovıx konçentratov Azerbaydjana) çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada müəllifin son illər apardığı elmi tədqiqat işləri və alınan nəticələr haqqında ətraflı məlumat verilib. Aparılan tədqiqatların yekunu olaraq Acınohur yatağında titanmaqnit xammalından toz halında dəmir və titan dioksidin alınmasının asan, tullantısız texnoloji sxemi hazırlanıb və bu texnologiya metallurgiya sənayesində tətbiq oluna bilər.