CƏMİYYƏT


Azərbaycan triatlonun inkişaf etdiyi ölkələr arasında ön sıralarda qərarlaşıb

Bakı, 15 fevral, AZƏRTAC

Belarusun paytaxtı Minskdə Avropa ölkələrinin Triatlon federasiyaları prezidentlərinin 15-ci konfransı keçirilir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Triatlon Federasiyasının bu idman növünün inkişafı ilə bağlı yaydığı hesabatda Azərbaycan triatlonun inkişafda olduğu ölkələr arasında ön sıralarda qərarlaşıb.

Beynəlxalq Triatlon Federasiyasının prezidenti xanım Marisol Kasado çıxışında bu sahədəki yeniliklərə toxunaraq bildirib ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarında ilk dəfə estafet üzrə yarışlar da keçiriləcək. O, Fransada gerçəkləşəcək Olimpiya Oyunlarında da idmançıların ilk dəfə super sprint kateqoriyasında da medal qazanmaq uğrunda mübarizəyə qoşulacaqlarını qeyd edib.

Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov Avropa ölkələrinin triatlon federasiyalarının prezidentlərinə ölkəmizdə bu idman növünün inkişafı istiqamətində görülmüş işlərlə bağlı məlumat verib. O, triatlonun respublikamızda daha geniş yayılması üçün atılan addımlar və son illərdə qazanılan uğurlardan danışıb.

A.Məhərrəmov jurnalistlərə müsahibəsində bir sıra Avropa ölkələrinin triatlon federasiyalarının rəhbərləri ilə fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Konfransda Belarusun İdman və Turizm naziri Sergey Kovalçuk, Avropa Triatlon Federasiyasının prezidenti Renato Bertrandi və bu idman növünə cavabdeh şəxslər iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.