CƏMİYYƏT


Azərbaycan və ABŞ arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 14 oktyabr, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer və səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Riçard Pinkhamla görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlikdə keçirilən görüşdə F.Qayıbov səfirə ölkəmizdəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.

Görüş zamanı hər iki sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələrimiz arasında əlaqələrin əhəmiyyəti vurğulanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.