İDMAN


Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Milli Paralimpiya komitələri birgə memorandum imzalayacaq

Bakı, 29 noyabr, AZƏRTAC

Beynəlxalq Paralimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Birləşmiş Ərəb Əmirlikləri Paralimpiya Komitəsinin prezidenti, bu Olimpiya Komitəsinin vitse-prezidenti Mohamed Alhameli Bakıda səfərdədir.

AZƏRTAC xəbər verir ki, qonaq səfər çərçivəsində gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ilə görüşüb.

Görüşdə qarşılıqlı əməkdaşlıq sahəsində müzakirələr aparılıb. Müzakirələr nəticəsində 2019-cu ilin fevralında Azərbaycan Milli Paralimpiya Komitəsi ilə BƏƏ Paralimpiya Komitələri arasında birgə əməkdaşlıq barədə memorandumun imzalanması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.