ORDU
Azərbaycan və Böyük Britaniya hərbi hüquq ekspertləri arasında görüş keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası və Birləşmiş Krallığın Müdafiə nazirlikləri arasında illik hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Hüquq İdarəsində iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə müdafiə sahəsində qanunvericiliklə bağlı təcrübə mübadiləsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, Silahlı Qüvvələrdə hüquq xidmətinin təşkili məsələləri, eləcə də hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üzrə müzakirələr aparılıb.