İDMAN


Azərbaycan və Rusiya şahmatçıları arasında yoldaşlıq görüşü başlayıb

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan və Rusiya şahmatçıları arasında yoldaşlıq görüşü başlayıb.

AZƏRTAC xəbər verir ki, sürətli şahmat üzrə keçirilən onlayn yarışda təmsilçilərimiz Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Elmar Atakişiyev, Cahandar Azadəliyev və Mələk İsmayıl mübarizə aparırlar.

On altı yaşadək şahmatçılar arasında keçirilən oyunları “Grand Master” şahmat klubunun baş məşqçisi beynəlxalq qrossmeyster Nicat Məmmədov şərh edir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Rusiyanın 16 yaşadək şahmatçıları arasında yoldaşlıq görüşündə komandamız məğlub olub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.