ORDU
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimləri qardaş ölkədə keçiriləcək
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, uçuş və texniki heyətlə keçirilən görüşdə birgə təlim-döyüş uçuşları zamanı praktiki tapşırıqlar, şərti hava döyüşləri imitasiya olunmaqla müxtəlif manevrlərin yerinə yetirilməsi və yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışların ilkin təhlili aparılıb.
Qonaqlara helikopter pilotlarının hazırlanmasında istifadə olunan trinajorlar nümayiş etdirilib.
Sonra birgə təlimlərin gedişi barədə qonaqlara brifinq təqdim olunub. Növbəti mərhələdə icra olunacaq təlim-məşq tapşırıqları geniş heyətdə müzakirə edilib.
Söhbət zamanı qardaş ölkələrimizin Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimlərinin 2015-ci ilin martında Türkiyədə keçirilməsinin planlaşdırıldığı qeyd olunub.
Görüşlərdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.