CƏMİYYƏT


Azərbaycan və Ukraynanın gəncləri arasında əməkdaşlıq əlaqələri genişləndirilir

İrpen, 22 oktyabr, AZƏRTAC

Azərbaycan və Ukraynanın gəncləri arasında əməkdaşlıq əlaqələri genişləndirilir.

AZƏRTAC xəbər verir ki, Ukraynada səfərdə olan "İslahatçı Gənclər" İctimai Birliyi (İGİB) ilə Kiyev Vilayəti İrpen Şəhər Gənclər Şurası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İrpen şəhər meriyasında şəhər merinin iştirakı ilə baş tutan mərasimdə memorandumu İGİB sədri Fərid Şahbazlı və İrpen Şəhər Gənclər Şurasının sədri Olqa Bıçkova imzalayıb.

Memoranduma əsasən bundan sonra Azərbaycan və Ukrayna gəncləri hər iki ölkənin tarix və mədəniyyətini, eyni zamanda, həqiqətlərini müxtəlif tədbir və layihələr vasitəsilə təbliğ edəcəklər. Bu səfər çərçivəsində hər iki ölkə gənclərinin mütəmadi qarşılıqlı səfərləri nəzərdə tutulub.

Ukraynanın İrpen şəhərində Azərbaycanın təbliği üçün müxtəlif formatlı tədbirlər və layihələr də həyata keçiriləcək.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.