Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycan və ingilis dillərində nəşr olunan “Qədim və müasir Naxçıvan” kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan və ingilis dillərində nəşr olunan “Qədim və müasir Naxçıvan” kitabının təqdimat mərasimi keçirilib

Naxçıvan, 19 may, AZƏRTAC

Çin Xalq Respublikasının “HUAWEI Technologies Co.LTD” şirkətinin dəstəyi ilə nəşr olunmuş “Qədim və müasir Naxçıvan” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov tədbirdə çıxış edərək deyib ki, ötən ilin noyabr ayında Çin Xalq Respublikasının “Huawei” şirkətinin təşəbbüsü ilə Naxçıvanla bağlı kitab hazırlanması haqqında razılıq əldə edildikdən sonra “Huawei Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb. Nəticədə bu gün təqdimatı keçirilən “Qədim və müasir Naxçıvan” kitabı ərsəyə gəlib. Kitabda Naxçıvanın tarixi abidələri, turizm imkanları, mədəniyyət və incəsənət, elm və təhsil sahələri, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı barədə ətraflı məlumat verilir. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab 8 fəsildən ibarətdir və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, dünyanın ən böyük telekommunikasiya şirkətlərindən olan Çin Xalq Respublikasının “Huawei” şirkəti artıq 16 ildir muxtar respublika ilə faydalı əməkdaşlıq edir. Naxçıvanda telekommunikasiya və informasiya texnologiyaları, eləcə də distant təhsil sahəsində həyata keçirilən tədbirlərdə mühüm xidmətləri olan şirkət rəhbərliyi muxtar respublika haqqında kitab nəşr etmək barədə təşəbbüs irəli sürüb. Bu təşəbbüsə Naxçıvan Muxtar Respublikası Ali Məclisində baxılıb və dəyərləndirilib, əməkdaşlığın nəticəsi olaraq nəfis tərtibatlı “Qədim və müasir Naxçıvan” kitabı nəşr edilib. Naxçıvan Muxtar Respublikasının keçib gəldiyi böyük inkişaf yoluna işıq tutan bu kitabdan Azərbaycan və ingilisdilli oxucular faydalana biləcəklər. Kitabın mühüm məziyyətlərindən biri də faktoloji olması və foto materiallarının zənginliyidir.

Əli Həsənov səmərəli əməkdaşlığa və təşəbbüsə görə “Huawei” şirkətinin rəhbərliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəkkürünü çatdırıb.

Təqdimat mərasimində “Huawei Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Cao Zejun deyib ki, əməkdaşlıq etdiyimiz illərdə Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, bu qədim diyarda müasir infrastrukturun yaradılması, bütün sahələrin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı adıçəkilən kitabın ərsəyə gəlməsinə səbəb olub. Muxtar respublika ilə gündən-günə genişlənən əlaqələrimizə bir nümunə olan “Qədim və müasir Naxçıvan” kitabında Naxçıvanın qısa bir zaman kəsiyində keçdiyi yol öz əksini tapıb. Əminəm ki, əməkdaşlığımız bundan sonra da davam edəcək.

Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova vurğulayıb ki, yeni nəşr muxtar respublika haqqında geniş və aydın təsəvvür yaratmaq baxımından olduqca əhəmiyyətlidir. Kitabın ilk səhifəsində Naxçıvan Muxtar Respublikası haqqında verilən qısa məlumatda bu qədim Azərbaycan torpağının tarixi, coğrafiyası, dövlət orqanları, təhsil və mədəniyyəti haqqında məlumat almaq mümkündür.

Təqdimat mərasimində çıxış edən AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli deyib ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı tədbirlər sırasında ümumiləşdirici əsərlərin, monoqrafiya və kitabların nəşri xüsusi yer tutur. Son 20 ildə Naxçıvanda elmin bir sıra sahələri, xüsusilə tarix və mədəniyyətin müxtəlif problemləri ilə əlaqədar çoxlu ümumiləşdirici əsərlər hazırlanıb, kitablar və monoqrafiyalar nəşr etdirilib. Azərbaycanşünaslığın tərkib hissəsi olan Naxçıvanşünaslığın elmi xəzinəsi bu gün təqdimat mərasiminə toplaşdığımız “Qədim və müasir Naxçıvan” əsəri ilə daha da zənginləşib. Kitabda Naxçıvanın tarixi və memarlıq abidələrinə geniş yer ayrılıb. Naxçıvan memarlıq məktəbinin nadir nümunələri olan həmin abidələrin timsalında deyə bilərik ki, Naxçıvanda keçmiş irs, ümumiyyətlə, milli mənəvi dəyərlər yüksək səviyyədə qorunur. Məhz buna görə və digər amillər də nəzərə alınmaqla, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib.

Qeyd olunub ki, kitabda ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun uğurla həyata keçirilməsindən, Prezident İlham Əliyevin ardıcıl diqqət və qayğısı nəticəsində qısa müddətdə qazanılan nailiyyətlərdən, Naxçıvanın elm və təhsil müəssisələrindən, o cümlədən Ümummilli Liderin Sərəncamı ilə yaradılmış AMEA Naxçıvan Bölməsindən, 3 ali təhsil müəssisəsi, 3 orta ixtisas məktəbi və Heydər Əliyev adına Hərbi Liseydən də bəhs edilir. Kitabın dəyərini artıran cəhətlərdən biri də onun Azərbaycan və ingilis dillərində tərtib olunmasıdır. Kitaba hər bir mövzu ilə əlaqədar yerindəcə əlavə olunan yüksəkkeyfiyyətli fotoşəkillər oxucuda bəhs olunan məsələ və ya obyekt haqqında aydın təsəvvür yaradır.

Fəxrəddin Səfərli bu qəbildən olan kitabların nəşrinə göstərdiyi yüksək diqqət və qayğıya görə muxtar respublika ziyalıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Sonda iştirakçılara “Qədim və müasir Naxçıvan” kitabı təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi