İDMAN


Azərbaycan voleybolçusu karyerasını Polşada davam etdirəcək

Bakı, 1 noyabr, Səxavət Quliyev, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova karyerasını Polşada davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, millimizin hücumçusu “Pila” klubu ilə müqavilə imzalayıb.

Ötən mövsümü Türkiyənin “Beşiktaş” klubunda keçirən voleybolçumuz noyabrın 2-də yeni komandasında debüt edəcək. Belə ki, Polşa çempionatının ilk turunda “Lodz” komandası ilə görüşdə M.Əzizova “Pila”nın şərəfini qoruyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.