Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi Sankt-Peterburqda təntənəli şəkildə qeyd edilmişdir VİDEO

Sankt-Peterburq, 3 may (AZƏRTAC). Mayın 3-də Rusiyanın Sankt-Peterburq şəhərinin Dmitri Şostakoviç adına Akademik Filarmoniyasında görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Rəsmi hissədən əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Azərbaycan nümayəndə heyətinin təmsilçiləri Sankt-Peterburq Şəhər Administrasiyasının xarici əlaqələr komitəsi sədrinin müavini Sergey Markov ilə görüşmüşlər. Görüşdə əməkdaşlığın perspektivləri, Sankt-Peterburq şəhərinin qubernatorunun Azərbaycana səfərinə hazırlıq işləri və Sankt-Peterburq nümayəndə heyətinin Azərbaycan-Rusiya regional forumunda iştirakı ilə əlaqədar məsələlər müzakirə olunmuşdur.

Filarmoniyanın foyesində Ümummilli Liderin həyat və fəaliyyətinin Heydər Əliyev Fondunun gördüyü işləri işıqlandıran fotosərgi nümayiş etdirilmişdir.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Rusiya nümayəndəliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə təşkil olunmuş tədbirdə Sankt-Peterburq Şəhər Administrasiyasının xarici əlaqələr komitəsi sədrinin müavini Sergey Markov, komitənin MDB ölkələri və Rusiya Federasiyasının regionları üzrə idarəsinin aparıcı mütəxəssisi Aleksandr Anpiloqov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, deputatlar Aydın Mirzəzadə və Jalə Əliyeva, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi sədrinin birinci müavini Rasim Məmmədov, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri, Sankt-Peterburqun tanınmış ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.

Səfir Polad Bülbüloğlu tədbiri açaraq Sankt-Peterburq şəhərinin rəhbərliyinə təşəkkürünü bildirmiş, Heydər Əliyev haqqında xatirələrini bölüşmüş, Ümummilli Liderin parlaq həyatı və çoxşaxəli fəaliyyəti barədə danışmışdır. Səfir müasir Azərbaycanın və Azərbaycan dövlətçiliyinin qurulmasında Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd etmişdir. Məhz xalqın təkidli xahişi ilə 1993-cü ildə Azərbaycanın rəhbərliyinə qayıdan Heydər Əliyevin, ölkəmizi xaosdan, parçalanmadan və vətəndaş müharibəsindən xilas etmişdir. Bu gün isə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz müstəqil daxili və xarici siyasətini həyata keçirən qüdrətli dövlətə çevrilmişdir. Heydər Əliyevin siyasi irsindən danışan səfir xüsusilə vurğulamışdır ki, bu irs təkcə Azərbaycan üçün deyil, həm də Rusiya üçün dəyərlidir. Səfir qeyd etmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ümummilli lider Heydər Əliyev Rusiya Federasiyası ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirmişdir. Bu gün iki dövlət arasındakı münasibətlərə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində əlaqələr bütün istiqamətlərdə dinamik inkişaf etməkdədir. Ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri qurulmuşdur.

Polad Bülbüloğlu, həmçinin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, Fondun dünyada, o cümlədən Rusiyada həyata keçirdiyi böyük və çoxşaxəli işlər barədə danışmışdır. Diplomat vurğulamışdır ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə ölkələrimiz arasında mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

Tədbirdə çıxış edən Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxumuşdur. Daha sonra çıxış edən general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində həllinin zəruriliyini qeyd etmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Vətənimizin müstəqilliyinin möhkəmləndirilməsi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Heydər Əliyevin rəhbərliyi altında işlədiyi dövrləri xatırlamış, Azərbaycan tarixinin ağır dövrlərində Heydər Əliyevlə Naxçıvanda keçirdiyi illərə nəzər salmışdır. Milli Məclisin deputatı Jalə Əliyeva Rusiyanın şimal paytaxtında, dünyanın mədəniyyət mərkəzlərindən birində, Neva çayı sahillərində Heydər Əliyevin təhsil aldığı və bir neçə il yaşadığı şəhərdə Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirin keçirilməsinin əhəmiyyətini vurğulamışdır. O, Heydər Əliyev Fondunun ölkəmizin mədəniyyəti və tarixi barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində gördüyü müstəsna əhəmiyyətli işləri qeyd etmişdir.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədrinin birinci müavini Rasim Məmmədov çıxış edərək təntənəli gecənin bütün təşkilatçılarına təşəkkürünü bildirmişdir.

Tədbirin bədii hissəsində Azərbaycanın Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Sankt-Peterburq Universitetinin kamera orkestri çıxış etmişdir. Konsert proqramında Azərbaycanın Xalq Artisti Samir Cəfərov, Əməkdar Artist Aygün Zeynalova, respublika müsabiqələrinin laureatı, gənc tarzən Atabəy İsmayılov və pianoçu Nərgiz Əliyevanın ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Rauf Hacıyevın əsərləri səsləndirilmişdir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi Sankt-Peterburqda təntənəli şəkildə qeyd edilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib