SİYASƏT
Azərbaycan zəngin seçki təcrübəsinə malik ölkədir
Bakı, 22 yanvar, AZƏRTAC
Fevralın 9-da bütün dünya Azərbaycanda keçiriləcək növbəti demokratik seçkilərin şahidi olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri secki-2020.az saytına açıqlamasında Rusiyanın Tuva Respublikasının Qızıl Şəhər Şurasının deputatı Çingiz Əliyev deyib.
Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan Ç.Əliyev bildirib ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda qanunverici orqan mühüm mexanizmlərdən biri hesab olunur.
Deputat Azərbaycanın zəngin seçki təcrübəsinə malik ölkə olduğunu söyləyərək deyib: “Zəngin təcrübə deməyə əsas verir ki, fevralın 9-da Azərbaycanda növbəti demokratik seçkilərin şahidi olacağıq. Bu gün Azərbaycan dinamik inkişaf edən ölkədir. Müasir və demokratik ölkə kimi dünyada Azərbaycana olan maraq gündən-günə artır. Hesab edirəm ki, seçkilərdə seçicilərin güclü iradəsi yeni parlamenti formalaşdıracaq.