İQTİSADİYYAT
Azərbaycanda 46 mindən çox radioelektron vasitə dövlət qeydiyyatına alınıb
Bakı, 26 oktyabr AZƏRTAC
Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən qeydiyyata alınan radioelektron vasitələr və radiotezlik istifadəçiləri haqqında məlumat açıqlanıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hazırda qeydiyyatda olan radioelektron vasitələrin ümumi sayı 46 min 413 ədəd təşkil edir. Bu ilin 9 ayında 4 min 453 radioelektron vasitə qeydiyyata alınıb.
Oktyabrın 1-nə olan məlumata görə, Dövlət Radiotezliklər İdarəsində 427 radiotezlik istifadəçisi qeydiyyatdadır. Onlardan 72-si dövlət, 292-si kommersiya müəssisəsi, 30-u xarici təşkilat və 33-ü isə fiziki şəxslərdir.