Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanda ən yüksəklikdə yerləşən Yerği Kek kəndindən- REPORTAJ VİDEO

Qusar, 16 avqust, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanda ən yüksəklikdə yerləşən yaşayış məntəqəsi - Qusar rayonunun Yerği Kek kəndidir. Şahdağın ətəyində yerləşən bu kənddə insanlar dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yaşayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yerği Kek kəndinə Qusarın rayon mərkəzindən iki istiqamətdə yol var. Birincisi hələ sovet dövründən istifadə olunan Sudur kəndindən keçən, ikincisi isə Ləzə kəndindən yeni açılan yoldur. Qusarın mərkəzindən Sudura kimi 65, Ləzə kəndinə isə 38 kilometr məsafə var. Bu yaşayış məntəqələrinə yol asfaltdır. Amma bu kəndlərin hər birindən Yerği Kekə getmək üçün çox çətin keçilən 9-10 kilometrlik dağ yollarını aşmaq lazımdır.

Biz Yerği Kekə Ləzə istiqamətindən yollandıq. Bu yolu ancaq xüsusi avtomobillərlə qət etmək mümkündür. Daha çox “Niva” və UAZ markalı avtomobillərdən istifadə olunur. Cəmi on kilometr məsafə olsa Ləzədən Yerği Kekə sürücülər sifarişlə 50 manata aparırlar.

Yerği Kekə getdiyimiz “Niva”nın sürücüsü Samir Pirəliyev bildirir ki, Ləzədən Yerği Kekə yol sakinlərin təşəbbüsü ilə 6-7 il əvvəl çəkilib.

“Əvvəllər Yerği Kekə gedənlər daha çox Sudur yolundan istifadə edirdilər. İndi həmin yolda hərəkət lap çətinləşib. Bu yol da asan deyil. Çox təhlükəli və risklidir. Dağda yaşayanlar, yaylaqda sürüləri olanlar və zirvələrə çıxmaq istəyən turistlər bu yoldan istifadə edir. Yerği Kekə gedib-gələndən sonra mütləq avtomobilin hansısa mexanizmi xarab olur. Hansı maşın olur-olsun, təcrübəsi olmayanlara, ərazini tanımayanlara bu yolla hərəkət etmək heç məsləhət deyil”, - deyə sürücü S.Pirəliyev söyləyir.

Yolboyu bir-birindən gözəl dağ mənzərələri ilə rastlaşırıq. Amma təhlükəli dağ yolunda həyəcan bir an da olsa insanı tərk etmir. Sıldırım qayaların kənarı ilə enişli-yoxuşlu yolumuz bir saat davam edir. Nəhayət çəmənliklərlə əhatə olunmuş nisbətən düzən sahəyə çatırıq və təpəliklərin arxasında Yerği Kek kəndi görünür.

Yerği Kek kəndi Sudur inzibati ərazi dairəsinə aiddir. Kəndin əhalisi ləzgilərdən ibarətdir. Kənddəki 11 evin 7-də yaşayış var. Hazırda Yerğki Kekdə 40-a yaxın sakin yaşayır. Əhali heyvandarlıq və tərəvəzçiliklə məşğuldur. Hər bir həyətdə iribuynuzlu heyvan və qoyun-quzu saxlanılır, təsərrüfatlarda kartof becərilir.

Kənddə gecələmək üçün qonaq evi və ya hostel yoxdur. Amma bəzi sakinlər cəmi 40 manat müqabilində evinin bir otağını turistlərə sutkalıq kirayə verir. Bu ödənişin əvəzində qonaqlara isti və təmiz yataqla yanaşı, təzə kənd məhsullarından (süd, pendir, bal, kərə yağı, ləzgi çörəyi) ibarət səhər yeməyi də təqdim olunur.

Kənd sakini Rahim Şahverdiyev bildirir ki, rayon mərkəzindən ucqarda yerləşən Yerği Kekdə qış çox sərt keçir. Qışda kəndə 40-50 santimetr qar yağır, temperatur isə mənfi 20 dərəcəyədək aşağı düşür. Bir çox hallarda rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilir. Buna görə də kənddə cəmi 4-5 evdə daimi yaşayan var. Bir neçə ailə isə yay aylarında kəndə gəlib təsərrüfatla məşğul olur, havalar soyuyanda isə yenidən rayon mərkəzinə yaxın kəndlərə qayıdırlar.

“Bizim kənddə ilk ev təxminən 150-170 il əvvəl tikilib. O vaxtlar buralar yaylaq olub. Sadir adlı bir nəfər burada bulağın yaxınlığında özünə ev tikib. Məhz həmin vaxtdan kəndin əsası qoyulub. İndi dövr müasirləşib. Kənddə yaşamaq istəyənlər azalıb. Amma şərait də çətindir. Dağın dibidir. Qış çox sərt keçir. Buralarda ağac bitmir. Ona görə də yanacaq sarıdan da çətinliyimiz var. Ən əsas narahatçılıq isə yolla bağlıdır. Bura yaxşı yol olsa bizim kənd geniş turizm imkanlarına malikdir. Çox gözəl təbiəti var. Dağlara çıxan səyyahların bir çoxu yolunu bizim kənddən salır”,-deyə R.Şahverdiyev bildirir.

Yerği Kek kəndinin adı ləzgi dilindən tərcümədə uzun taxta mənasını verir. Hər tərəf qayalıqlarla əhatə olunsa da, kəndin yerləşdiyi ərazi dəmyə tərəvəzçiliyə imkan verən nisbətən düzən yaylalarla əhatə olunub.

Hazırda kənddəki biçənəklərdən ot tədarükünün ən qızğın çağıdır. Sakinlər bütün işlərini təxirə salıb ot biçinini həyata keçirirlər. Burada yağıntısız, isti yay günlərinin ömrü uzun olmadığından otu vaxtında biçmək lazımdır. Sentyabr ayında isə kartof sahələrindən məhsul yığımı başlayacaq.

Kənddə məktəb, tibb məntəqəsi və başqa sosial obyektlər fəaliyyət göstərmir. Yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunur. Mobil telefonlarla da rahat danışmaq mümkündür. Qışda yanacaq kimi daha çox qurudulmuş mal təzəyindən istifadə olunur.

Qusar Rayon İcra Hakimiyyəti başçısının Sudur inzibati ərazi dairəsi üzrə nümayəndəsi İkram Əsədov bildirir ki, Yerği Kek kəndində 12 təsərrüfat və 88 nəfər sakin qeydiyyatdadır. Kəndin ərazisi 469 hektardır. Bunun 434 hektarı əkinə yararlıdır.

Kəndi seyr etmək üçün yaxınlıqdakı Qulan təpəyə çıxırıq. Buradan Böyük Qafqaz dağlarının başı qarlı zirvələrini, Qusarın on kilometrlərlə uzaqlıqdakı kəndlərini, Xəzərə doğru uzanan Qusarçayı, hətta Samur çayını və qonşu Dağıstan Respublikasının ərazisini də seyr etmək mümkündür.

Kəndin ətrafında göz işlədikcə yaylaqlarda otlayan qoyun sürüləri görünür. Burada yaylağa gələn çobanlar havalar soyuyunca sürülərini aran rayonlarına köçürəcəklər.

Azərbaycanda ən yüksəklikdə yerləşən Yerği Kek kəndindən- REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY