Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanda innovativ iqtisadiyyatın inkişafı istiqamətində aparılan islahatlar yüksək qiymətləndirilir

Bakı, 30 may, Ramiz Quliyev, AZƏRTAC

Mayın 30-da Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Patent və Əmtəə Nişanları Mərkəzi (AzPatent) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət və ənənəvi biliklər” və “Coğrafi göstəricilər və mənşə yerinə əsaslanan fərqlənmə nişanlarının digər qorunma üsulları” mövzusunda ikigünlük beynəlxalq seminar işə başlayıb.

AZƏRTAC xəbər verir ki, seminarın açılışında SMPDK sədrinin müavini Niyazi Rəhimov ölkəmizdə qeyri-neft ixrac potensialının gücləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə təşviqi və yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində əqli mülkiyyət sahəsinin xüsusi rolundan danışıb. Patent sisteminin inkişafına nail olmaqla, innovativ həllərin sənayedə tətbiqi imkanlarının artdığını deyən N.Rəhimov bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl islahatların aparıldığını xüsusi vurğulayıb.

Bildirilib ki, qeyri-neft sektorunun inkişafına yönələn iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Hüquqi dövlət quruculuğu nəticəsində ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün hüquqi-normativ baza yaradılıb. Texnologiyalar üzərində müstəsna hüquq sahibləri və sənaye arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiqi üçün bütün lazımi hüquqi şərait təmin olunub.

N.Rəhimov qeyd edib ki, bugünkü tədbir müasir əqli mülkiyyət hüquqları sistemində aktuallığı ilə seçilən ənənəvi biliklərin, coğrafi göstəricilərin əqli mülkiyyət obyekti olaraq qorunması və idarə edilməsi mövzusuna həsr olunub. Bu sahədə beynəlxalq hüquqi mexanizmlərin işlənib hazırlanması məqsədilə ÜƏMT çərçivəsində ənənəvi biliklər, genetik resurslar və folklor üzrə hökumətlərarası komitə fəaliyyət göstərir. N.Rəhimov yaxın vaxtlarda yaradılacaq hüquqi həllərin ənənəvi biliklərin tətbiqinin geniş təşviqinə, eyni zamanda, erməni saxtakarlığı kimi təhlükələrdən qorunmağa, dünya xalqları arasında daha sıx əməkdaşlıq və biliklər mübadiləsinə xidmət göstərəcəyinə əminliyini ifadə edib.

Müasir dövrdə iqtisadi inkişafın sənayenin və xidmət sahələrinin ixrac və rəqabətqabiliyyətliliyi ilə səciyyələndiyini qeyd edən komitə rəsmisi deyib ki, ənənəvi biliklər və coğrafi göstəricilərin şamil olunduğu məhsulların inkişaf etmiş və perspektivli istehlak bazarlarında uğur qazandığını görmək olar.

“Azərbaycanın bu sahədə geniş potensiala malikdir. Ölkəmizin ərazisində müxtəlif klimatik zonaların var. Bitkiçilik, heyvandarlıq, şərabçılıq məhsulları içməli su və ya səhiyyə təyinatlı təbii şəraitin mənşə yerləri ilə əlaqədar fərqli, təkrarolunmaz xüsusiyyətlərə malikdir. Müxtəlif bölgələrdə yaşayan icmaların ənənəvi biliklərinə uyğun hazırlanan özünəməxsus məhsullara – istər kulinariya, istər xalçaçılıq və sairə baxdıqda, bu sahədə xidmətlərin inkişafı, sənaye həcmli istehsalın və inkişaf etmiş xarici istehlak bazarlarına ixracın perspektivlərini görmək mümkündür. Bu baxımdan qeyd olunan sahələrdə müasir hüquqi mühafizə sisteminin təmin olunması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsinin, ictimai məlumatlılığın əhəmiyyəti artmaqdadır”, deyə N.Rəhimov vurğulayıb.

ÜƏMT-in Qafqaz, Orta Asiya və Şərqi Avropa ölkələri bölməsinin departament direktoru İlya Qribkov bildirib ki, Azərbaycanda innovativ iqtisadiyyatın inkişafı istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Əqli mülkiyyət hüquqlarının mühafizəsi, patent sisteminin inkişafı Azərbaycanda texnologiyaların sənayeyə ötürülməsi imkanlarını genişləndirir.

Seminarın aktuallığını qeyd edən qonaq bundan sonra da ÜƏMT tərəfindən Azərbaycana lazımi dəstəyin göstəriləcəyinə əminliyini ifadə edib.

Sonra ÜƏMT-in Qlobal əqli mülkiyyət məsələləri şöbəsinin nümayəndəsi Şahel Batti “Əqli mülkiyyət, ənənəvi bilik və ənənəvi mədəni nümunələr”, Böyük Britaniyanın London Kraliça Mary Universitetinin professoru Qeyl Evans “Əqli mülkiyyət, ənənəvi biliklər və fərqlənmə nişanlarının qorunması” və “Avropa ölkələrində fərqlənmə nişanları vasitəsilə ənənəvi biliklərin praktiki qorunması” mövzularında çıxış ediblər. “Ənənəvi biliklərin və ənənəvi mədəni nümunələrin qorunması sahəsində Azərbaycanın təcrübəsi” də seminar iştirakçılarına çatdırılıb.

Mayın 31-də “Coğrafi göstəricilər və mənşə yerinə əsaslanan fərqlənmə nişanlarının digər qorunma üsulları” mövzusunda keçiriləcək seminarda “Coğrafi göstəricilər və mənşə adları: Mənşə yerlərinin və coğrafi göstəricilərin beynəlxalq qorunmasına dair Lissabon sisteminə baxış”, “Mənşə yerinə əsaslanan fərqlənmə nişanlarının qorunmasının digər üsulları: Əmtəə nişanları sistemi və digər hüquqi qorunma vasitələri” mövzularında məruzələr dinləniləcək. Bu sessiyada “Azərbaycanın mənşə yerinə əsaslanan məhsullarının təqdimatı: mühafizə, kommersiyalaşdırma strategiyaları və cari problemlər” də müzakirə olunacaq.

Seminar çərçivəsində Azərbaycana məxsus ənənəvi biliklər və coğrafi göstəricilərin istifadə olunduğu yerli məhsulların geniş sərgisi də təşkil olunub. Sərgidə 20-dək şirkətin məhsulları nümayiş edilib. Bu məhsullara Azərbaycana məxsus ənənəvi bilikləri və coğrafi adları özündə əks etdirən milli nemətlər daxildir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq