REGİONLAR
Azərbaycanda insan hüquqları konsepsiyasının əsası Ulu Öndər tərəfindən qoyulub
Cəlilabad, 11 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 11-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzi, Cəlilabad Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Ümummilli lider Heydər Əliyev Azərbaycanda insan hüquqları konsepsiyasının banisidir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, iştirakçılar gənc rəssamların ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb, Azərbaycanda insan hüquqları konsepsiyasının əsasının Ulu Öndər tərəfindən qoyulduğunu vurğulayıblar.