CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına daha 2735 yoluxma faktı qeydə alınıb, 1374 nəfər sağalıb

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 2735 yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 89 min 898 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 62 min 243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib. Aktiv xəstə sayı 26548 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 592 min 280 test aparılıb. Bugünkü test sayı isə 16220-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.