CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb, 472 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 329 min 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 314 min 900 nəfər müalicə olunaraq sağalıb, 4779 nəfər vəfat edib. Aktiv xəstə sayı 10164 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 384 min 53 test aparılıb. Bugünkü test sayı isə 8374-dür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.