CƏMİYYƏT


Azərbaycanda koronavirusa 2293 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2071 nəfər müalicə olunaraq sağalıb, 2293 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 291 min 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 255 min 833 nəfər müalicə olunaraq sağalıb, 4009 nəfər vəfat edib. Aktiv xəstə sayı 32052 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 54 min 472 test aparılıb. Bugünkü test sayı isə 14086-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.