CƏMİYYƏT


Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub

Bakı, 9 fevral, AZƏRTAC

Mövcud ovçuluq təsərrüfatlarının müasir, sivil tələblərə uyğun yenidən qurulması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qeyri-hökumət təşkilatlarının, ovçuluq və ovçuluğun təşkili sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edib.

Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması məqsədilə nazirlik tərəfindən ilk dəfə təşkil olunan görüşdə onların vəziyyəti barədə geniş təqdimat keçirilib, Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub.

Görüşün sonunda mövcud ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması üçün əhatəli “Biznes plan”ın və təkliflərin hazırlanaraq üç həftə ərzində nazirliyə təqdim edilməsi və növbəti görüşlərin keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.