Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanda yeni sığorta mədəniyyətinin formalaşması uzun illər aparılacaq maarifləndirmə ilə mümkün ola bilər

Azərbaycanda yeni sığorta mədəniyyətinin formalaşması uzun illər aparılacaq maarifləndirmə ilə mümkün ola bilər

Bakı, 22 may, AZƏRTAC

2019-cu ilin yekunlarına əsasən, hazırda Azərbaycanın sığorta bazarında 21 sığorta, bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Onlardan 4-ü həyat, 17-si isə qeyri-həyat sığorta şirkətidir. Sığorta üç əsas sosial-iqtisadi rola malikdir. Buraya əhalinin və biznesin iqtisadi təhlükəsizliyi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və iqtisadiyyatın uzunmüddətli investisiya mənbələri ilə təmin olunması daxildir. İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov günün sığorta mənzərəsi, bu sahədə görülən işlər, planlar, eləcə də sığorta bazarında mövcud vəziyyətlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Rəşad müəllim, yanvarın 24-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə keçirildi. Müşavirədə Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələr müzakirə edildi. Hazırda Azərbaycanda icbari sığortanın tətbiqinə dair ümumi mənzərə necədir? İSB tərəfindən sığorta bazarında hansı işlər görülür?

- Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə yalnız icbari sığorta deyil, ümumiyyətlə sığorta bazarı, o cümlədən könüllü və icbari əmlak sığortası haqqında müzakirələr aparıldı. Ümumilikdə, sığorta bazarında avtomatlaşdırmanın həyata keçirilməsi və maarifləndirmənin aparılması istiqamətində İcbari Sığorta Bürosuna və digər qurumlara müvafiq tapşırıqlar verildi.

- Dövlətimizin başçısının verdiyi tapşırıqlardan biri də əmlakın sığortalanması ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılmasıdır. Bu istiqamətdə hansı addımlar atılır?

- Müşavirədən sonra İcbari Sığorta Bürosu maarifləndirmə ilə bağlı bir sıra tədbirlər həyata keçirməyə başladı. Müxtəlif sosial çarxlar hazırlandı, jurnalistlər arasında daşınmaz əmlakın sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası ilə əlaqədar məqalə yarışması keçirildi. Üç jurnalist qalib oldu və pul mükafatları təqdim edildi. Media nümayəndələri arasında bu kimi yarışlarınn keçirilməsi gələcəkdə də davam etdiriləcək.

Bundan başqa, İcbari Sığorta Bürosunun “ASAN Radio” ilə birgə həyata keçirdiyi “Sığortalı həyat” layihəsi davam edir. Vətəndaşların maarifləndirilməsi ilə bağlı televiziya və radio vasitəsilə müxtəlif müsahibələr, reportajlar hazırlanıb. Əlbəttə ki, pandemiya dövründə yaşadığımız xüsusi rejim də diqqətə alınmalıdır. Bu dövr maarifləndirmə ilə bağlı işlərin həyata keçirilməsinə müəyyən qədər maneə yaradır. Belə ki, planlarımız çərçivəsində təhsil ocaqlarında maarifləndirmə ilə bağlı konfranslar və seminarlar təşkil olunması nəzərdə tutulsa da, hazırda KİV və sosial media vasitəsilə çalışmalarımızı Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə davam etdirməkdəyik. Pandemiya dönəmindən sonra yuxarıda sadaladığımız tədbirlərin də effektiv nəticə verəcəyindən əminik.

Qeyd edim ki, vətəndaşların maarifləndirilməsi qısa müddət ərzində müsbət nəticələnə bilməz. Postsovet məkanında sığorta sektoruna inamsızlıq alınmış travmaların fonunda davam etməkdədir. Ölkədə yeni sığorta mədəniyyətinin formalaşması uzun illər aparılacaq maarifləndirmə nəticəsində mümkün ola bilər.

- Əmlak, avtomobil sığortasında innovativ sistemlərdən istifadə imkanları nə səviyyədədir? Hazırda bu istiqamətdə hansı işlər görülür?

- Bildiyimiz kimi, Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı uğurla həyata keçirdiyimiz layihəmiz var. Beynəlxalq konfranslarda, görüşlərdə bununla bağlı təqdimatlar etmişik və bu layihə dünyada bəyənilir. Daxili İşlər Nazirliyi ilə inteqrasiya sayəsində Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı penetrasiyanın 100 faizə yaxınlaşdığını deyə bilərik. Daxili İşlər Nazirliyi ilə uğurlu şəkildə həyata keçirilmiş bu inteqrasiya demək olar ki, Azərbaycanda sığortasız avtomobilin olmamasına gətirib çıxarıb. Xüsusilə İSB-in verdiyi kompensasiya ödənişlərində biz bunu görürük. Çünki baş vermiş ölüm və bədən xəsarətləri ilə bağlı bizə müraciətlər olunur. Bu müraciətlərin böyük hissəsi inteqrasiyanın həyata keçirildiyi illərdən əvvəlki qəzalarla bağlıdır. Bu, o deməkdir ki, biz inteqrasiyanı həyata keçirdikdən sonra sığortasız avtomobillərin sayı kəskin azalıb.

İcbari Sığorta Bürosu 5 icbari sığorta növü ilə bağlı informasiya sisteminin tətbiqi və qarantiya fondu mexanizmini həyata keçirir. Bunlardan biri avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır ki, bu, artıq elektronlaşdırılıb. İkinci növ istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortadır. Bu növün elektronlaşdırılması avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasından daha çətin olsa da, ötən ilin sentyabrında biz bunu da tamamladıq. Hədəfimiz digər iki növ sığorta məhsulunun - daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının da elektronlaşdırılmasıdır.

Cari ilin yanvarında Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə bu iki istiqamət xüsusilə müzakirə olundu. Baş Nazir dövlətimizin başçısının tapşırıqlarını bir daha diqqətə çatdıraraq bu iki növdə maarifləndirmənin və elektronlaşdırmanın önəmini qeyd etdi. Ölkənin maliyyə sabitliyi baxımından bu növlər xüsusi önəm daşımaqdadır. Böyük qəzalar, zəlzələ və digər təbii fəlakətlərin baş verməsi halında milyardlarla ölçülən zərərlər ortaya çıxa bilər. Risklərin təminatsız olması halında bunun ölkə iqtisadiyyatına mənfi təsiri qaçılmazdır. Müşavirədə müzakirə zamanı əlaqədar növlərin elektronlaşdırılması üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsinin vacibliyi qeyd edildi və müvafiq tapşırıqlar verildi. Hazırda Mərkəzi Bank hüquqi müstəvidə addımlar atmağa davam edir, İSB isə bu inteqrasiyanın həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə işləri davam etdirir. Baxmayaraq ki, qanuna dəyişikliklər edilməyib, biz artıq test rejimində bu inteqrasiyanın həyata keçirilməsi üçün tədbirlərimizi həyata keçiririk. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında olduğu kimi, bu növdə də elektron sığorta şəhadətnamələrinin olması üçün hər iki qurumun müştərək fəaliyyəti qısa zamanda tamamlanacaq. Nəzarət mexanizminin təmin edilməsi üçün əlavə bir neçə qurumla da inteqrasiyanın həyata keçirilməsi zəruridir. Belə ki, müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq qeyri-yaşayış sahələrində nəzarəti Fövqəladə Hallar Nazirliyi (FHN), yaşayış sahələrində isə yerli icra hakimiyyəti orqanları həyata keçirir. Sığorta şəhadətnamələrinin varlığı ilə bağlı hər iki quruma inteqrasiya vasitəsilə məlumatların ötürülməsi zəruridir. Biz burada potensial sığorta haqqının kifayət qədər yüksək olduğunu düşünürük. Hazırda illik 45-50 milyon manat təşkil edən bazarın həcmi inteqrasiyanın tamamlanmasından sonra 300 milyon manatadək arta bilər. Burada maarifləndirmənin təsiri ilə daşınmaz əmlakın icbari sığortası ilə birlikdə daşınar əmlakın sığortalanması potensialını da vurğulamaq lazımdır.

- “Eurohome” ticarət mərkəzində ikinci dəfə baş verən yanğın hadisəsi biznes obyektlərinin, eləcə də bu obyektlərdə fəaliyyət göstərən iş adamlarına məxsus malların sığortalanması məsələsini bir daha gündəmə gətirdi. Vətəndaşları sığortanın bu növlərinə təşviq etmək, onları bu məsələlərdə maraqlı tərəfə çevirmək üçün hansı tədbirlər görülməlidir?

- Ötən il və cari ildə böyük yanğınlar baş verdi. Bu hadisələr zamanı daşınar əmlaklara da ciddi ziyan dəydi. Daşınar əmlakın icbari sığortası əlaqədar qanunvericiliyin əhatə dairəsinə aid deyil. Daşınar əmlakın sığortalanması könüllü qaydada həyata keçirilməlidir. Təminatın alınması üçün sığorta şirkətlərinə müraciət ediləndə iki məqam ortaya çıxmaqdadır. Bunlardan biri malların sığortalanması üçün fəaliyyətin tam rəsmi şəkildə həyata keçirilməsidir. Belə ki, mallar sığortalanmış olsa belə, hadisə baş verdikdə müvafiq sənədlərin təqdim edilməsi zəruridir. Əks halda sığorta ödənişinin həyata keçirilməsinin mümkünlüyü sual doğurur. Beləliklə, şəffaflığın artması ilə bağlı çağırışın önəmi burada bir daha qarşımıza çıxmaqdadır. Digər bir məqam isə sığorta obyektlərinin, xüsusilə yanğın təhlükəsizliyi baxımından mövcud vəziyyətidir. Mənfəət mərkəzi olaraq fəaliyyət göstərən sığorta şirkətlərinin könüllü növlərlə əlaqədar təminat verməsi könüllülük əsasına dayanır. Sığorta şirkətinin könüllü növlərlə bağlı təminat vermədən öncə risk analizini həyata keçirməsi dünya təcrübəsidir və əsaslı tələbdir. İlk öncə sığorta şirkəti verdiyi təminatı analiz etmək istəyir. FHN-in yanğın təhlükəsizliyi ilə bağlı tələblərinin yerinə yetirilməsi təminatın rahatlıqla əldə edilməsini mümkün etməkdədir. Sahibkarların diqqətinə çatdırmaq istəyirəm ki, könüllü sığorta növlərinin əldə edilməsi üçün risklərin yaxşılaşdırılmasına xərclənən vəsait, sonradan sığorta təminatının daha ucuz əldə edilməsinə zəmin yaradacaq. Bu yatırım illərlə qənaət ediləcək sığorta haqları ilə geri qazanıla bilər.

Daşınmaz əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında məsuliyyət sığortası çox vacibdir. Məsələn, istehsalat sahəsində fəaliyyət göstərən sahibkarın üçüncü şəxslərin əmlakı və ya sağlamlığına zərər vurma ehtimalı hər zaman mövcuddur. Bu da qanunvericiliyin tələbinə uyğun olaraq sığortalanmalıdır. İcbari sığorta qanunvericiliyi çərçivəsində müəyyənlədirilmiş limit 50 min manatdır. 30-120 manat sığorta haqqı ödəməklə təminatın əldə edilməsi mümkündür. İstəyə bağlı olaraq sahibkar riski diqqətə alaraq könüllü qaydada əlavə təminat ala bilər.

Qeyri-yaşayış sahələri ilə bağlı sığortalanmanın həyata keçirilməməsi halında 200 manata qədər cərimə nəzərdə tutulub, yaşayış sahələri ilə əlaqədar isə 30 manat müəyyənləşdirilib. Nəzərə almaq lazımdır ki, 20 gün ərzində sığortalama əməliyyatı aparılmazsa, yenidən cərimələnmə ehtimalı mövcuddur.

Yuxarıda göstərilmiş iki növlə əlaqədar cari ildə müvafiq qanunvericilikdə dəyişikliklərin həyata keçirilməsi ilə birlikdə elektronlaşmanın başa çatması və kağız sığorta şəhadətnamələrinin elektron şəhadətnamələrlə əvəz edilməsi gözlənilməkdədir. Nəzarət orqanları ilə inteqrasiyanın tamamlanması isə effektiv nəzarətin ortaya çıxmasına və penetrasiyanın artmasına xidmət edəcək.

- Avtomobil sığortasından söz düşmüşkən bir qədər də “Yaşıl Kart” sistemi barədə məlumat verərdiniz. Bu barədə vətəndaşlar nələri bilməli, sistemdən nə zaman istifadə etməlidir və faydaları nədir?

- “Yaşıl Kart” sistemi 1949-cu ildə BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) tövsiyəsi əsasında təsis edilib və 1953-cü il yanvarın 1-dən tətbiq olunmağa başlayıb. “Yaşıl Kart” sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür.

Sistemin əsas məqsədi onun üzvü olan istənilən ölkəyə səfər edən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin milli qanunvericiliyə uyğun qaydada sığortalanması ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilməsini təmin etməkdən ibarətdir. Bu məqsədlər üçün sistemə üzv olan büroların qarşılıqlı zəmanəti əsasında, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin səfər ərzində mülki məsuliyyətini sığortalayan vahid təminat sistemi – “Yaşıl Kart” təşkil edilir. Nəticə etibarilə avtomobil nəqliyyatı vasitələri ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülərin öz ölkələrindəki sığortaçılardan “Yaşıl Kart” əldə etməsi onların bütün səfər boyunca mülki məsuliyyətinin tam sığortalanmasını nəzərdə tutur və səfər etdiyi hər bir xarici ölkənin sərhədində yeni mülki məsuliyyət sığortası almaq tələbindən azad edir.

“Yaşıl Kart” sistemi çərçivəsində vurulan zərərin əvəzinin ödənilməsi məqsədilə sistemə üzv ölkələrin hər birində Yaşıl Kart büroları təsis edilib. Bu bürolar xarici avtonəqliyyat vasitəsi sürücülərinin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış və ya əmlakına zərər dəymiş üçüncü şəxslərə vurulan zərərlərin əvəzinin hadisə baş verən ölkədə sığorta ödənişinin veriləcəyi barədə təminat verir. Daha sonra hadisə baş verən ölkənin Yaşıl Kart Büroları “Yaşıl Kart” sahibi sürücüsünün mənsub olduğu ölkənin Yaşıl Kart Bürosundan ödənilmiş sığorta ödənişləri məbləğini kompensasiya etmə hüququna sahibdirlər.

Azərbaycan Respublikasının İcbari Sığorta Bürosu ilk dəfə 2012-ci ildə “Yaşıl Kart” sisteminə üzv olmaq məqsədilə sorğu göndərib. Bu sorğuya ilkin olaraq müsbət rəy verilib və sistemə üzv olmaq istəyən bürolar üçün zəruri hesab olunan hüquqi və digər tələblərlə tanış edilib.

Qeyd edək ki, “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklər edilib və bu dəyişikliklər 2014-cü il dekabrın 25-də qüvvəyə minib. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş 2014-cü il 28 noyabr tarixli dəyişikliklərə əsasən, Qanuna Azərbaycanın “Yaşıl Kart” sisteminə qoşulması ilə bağlı yeni müddəalar əlavə edilib. Bu dəyişikliklərə əsasən 2016-cı il yanvarın 1-dən etibarən “Yaşıl Kart” sisteminin Azərbaycanda tətbiqi nəzərdə tutulur. Hazırda əlaqədar qurumun qaydaları çərçivəsində İcbari Sığorta Bürosu bu növlə bağlı fəaliyyətini davam etdirməkdədir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib