Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanı tərəqqiyə Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası qovuşdurub

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” mövzusunda konfrans keçirilib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” mövzusunda konfrans keçirilib.

Konfransda dövlət və hökumət nümayəndələri, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, elm və ictimai xadimlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konfransı açan Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin bütün həyatının, fəaliyyətinin, ideyalarının özlüyündə böyük islahatçılıq məktəbi, islahatçılıq fəlsəfəsi olduğunu bildirib. O deyib: “Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə görülən işlərə, xalqımızın həyatında baş verən əsaslı dəyişikliklərə nəzər salsaq, bu fikri təsdiqləyən kifayət qədər misallar tapa bilərik. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra sanki gözlərimiz qarşısında iki Azərbaycan canlanır. 1969-cu ilə qədərki, özünə inanmayan, ümidsizlik məngənəsində sıxılan və demək olar ki, gələcəyə ümidlərini itirmiş Azərbaycan və 1969-cu ildən sonra Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində tamamilə dəyişən, özünə inamı artan, dinamik inkişaf yoluna çıxan və gələcəyinə inanan Azərbaycan. Tarix Heydər Əliyevə bu missiyasını ikinci dəfə həyata keçirmək şansı verdi. 1993-cü ilə qədərki və ondan sonrakı Azərbaycan gözlərimiz qarşısındadır. Bu iki Azərbaycan bir-birindən yerlə-göy qədər fərqlənir. Xaos, anarxiya, ümidsizlik içərisində olan, dərin böhran keçirən Azərbaycanda məhz Ulu Öndərin qətiyyətli islahatlar strategiyası nəticəsində əmin-amanlıq bərqərar oldu, dinamik inkişaf təmin edildi”.

Heydər Əliyevin islahatlar strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldığını vurğulayan Baş nazirin müavini qeyd edib ki, Ulu Öndərin bütün ideyaları bir islahatçılıq strategiyasıdır. Son illərdə ölkə həyatının bütün sahələri bu islahatlar nəticəsində tamamilə yenilənib, müasir müstəqil Azərbaycan daha da güclənib. Ə.Əhmədov tədbir iştirakçılarının ulu öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dərin islahatlar strategiyası konsepsiyası haqqında ətraflı fikir mübadiləsi aparacağına, konfransın maraqlı ideyalarla zəngin olacağına əminliyini bildirib.

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov “Heydər Əliyevin dərin iqtisadi islahatlar strategiyası: Azərbaycan Respublikasını tərəqqiyə aparan böyük yol” adlı məruzəsində qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb. Onun möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb. Hazırda respublikanın sosial-iqtisadi, ictimai-mədəni həyatını əhatə edən bütün sahələrin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir müstəqil Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında layiqli yerini tutub. Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olub. Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında da Heydər Əliyevin xidmətləri misilsizdir. Dərin islahatlara töhfə vermək üçün 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərarın böyük əksəriyyəti məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunub. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən çox qanun qəbul edilib, 100-dən çox fərman və sərəncam imzalanıb, 30-a yaxın dövlət proqramı təsdiqlənib. Ümummilli Liderin dərin iqtisadi islahatlar strategiyasında ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi faktı xüsusi yer tutur.

Ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirdiyi siyasəti konkret faktlarla diqqətə çatdıran N.Əmirov deyib: “Hazırda bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilib. Belə ki, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul olunub və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyənləşib. Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olub və MDB ölkələri arasında liderlik mövqeyini saxlayıb. BMT-nin İnsan İnkişafı Hesabatına əsasən isə Azərbaycan “İnsan inkişafı indeksi”nə görə yüksək insan inkişafı qrupunda yer alıb”.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov “Heydər Əliyev ideyaları Azərbaycanın innovativ inkişafının zəmini kimi” mövzusunda çıxış edib. Bildirib ki, 2015-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Məclisinin 70-ci yubiley sessiyasında bəşəriyyətin XXI əsrdə üzləşdiyi əsas problemlər müzakirə edilib və indiki dönəmdə onların qarşısının alınması üçün təcili tədbirlər müəyyənləşdirilib. İndiki nəsillərin rifahının yüksəldilməsini təmin edən və eyni zamanda, gələcək nəsillərin tərəqqisi üçün şərait yaradan davamlı inkişafın XXI əsr və üçüncü minilliyin başlıca prioriteti olması faktı bir daha təsdiqlənib. Eyni zamanda, Nyu-Yorkda BMT-nin təşəbbüsü ilə keçirilən Dünya Sammiti də davamlı inkişafı üçüncü minilliyin başlıca prioriteti kimi müəyyənləşdirib və “Davamlı İnkişaf Sammiti” kimi tarixə düşüb. Bu ümumdünya forumlarının nəticəsi olaraq xüsusi sənəd – “Davamlı İnkişaf məqsədləri” qəbul edilib və 2030-cu ilədək yoxsulluq və qeyri-bərabərliyin ləğvi, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin qorunması kimi problemlərin həlli, bunun üçün insan potensialının formalaşdırılması, bilik və texnologiyaların intensiv ötürülməsinə yönəlmiş 17 məqsəd müəyyənləşdirilib. 2015-2030-cu illər üçün planlaşdırılan hədəflərə nail olmağa müxtəlif ölkələr müxtəlif səviyyədə hazırlıqlıdırlar. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi uğurlu iqtisadi və sosial siyasət sayəsində “Davamlı İnkişaf məqsədləri”ndə yer alan və 2030-cu ilə kimi dünyada həlli planlaşdırılan bir çox hədəflərə Azərbaycan artıq müəyyən dərəcədə nail olub. Hazırda ölkəmiz bir çox davamlı inkişaf göstəriciləri üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan, “Böyük iyirmilik” və “Böyük yeddilik” qruplarına üzv bir çox dövlətləri geridə qoyub.

U.Ələkbərov qeyd edib ki, Azərbaycan Respublikasının davamlı inkişaf edən cəmiyyət qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadır. Ümumiyyətlə, təhsil təşəbbüsləri davamlı inkişaf naminə insan potensialının formalaşdırılmasında həlledici rol oynayır. Vaxtilə ümummilli lider Heydər Əliyev də ölkənin kadr potensialının formalaşdırılması ilə bağlı məsələlərə böyük önəm verirdi. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə insan potensialının formalaşması sahəsində ardıcıl tədbirlər həyata keçirirdi. Bunun nəticəsi olaraq, bir sıra hallarda Azərbaycan Respublikasında bu istiqamətdə qəbul edilən qərarlar zaman etibarilə qlobal səviyyədə qəbul edilən qərarları qabaqlayıb.

“2003-cü ildə Prezident İlham Əliyev tərəfindən elan edilən “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyası bu məsələlərdən bir çoxunun həllində əsas rol oynayıb. Formal təhsilin inkişafı, dövlət qulluqçularının ixtisaslarının artırılması, iqtisadiyyatın şaxələndirilməsi və modernləşməsi bu məsələnin reallaşdırılmasına yönəlmiş, elmi cəhətdən əsaslandırılmış strategiyanın tərkib hissələridir. Əldə olunan uğurlar həm də Prezident İlham Əliyevin dövlət proqramlarının milli inkişaf proqramlarına transformasiyası üçün tətbiq etdiyi unikal idarəçilik texnologiyaları sayəsində mümkün olub. Bu, inkişaf proqramlarında vətəndaş cəmiyyəti və özəl sektorun iştirakının təmin edilməsi yolu ilə davamlı inkişaf proseslərinin sürətləndirilməsinə şərait yaradıb. Vətəndaş cəmiyyətinin davamlı inkişaf edən cəmiyyətin təşkilində iştirakından söz açarkən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu prosesdə rolunu xüsusi qeyd etmək lazımdır. Beynəlxalq səviyyədə ölkənin inkişafı üçün əlverişli mühitin formalaşdırılması, effektli təhsil proqramları, əhalinin məlumatlandırılmasının genişləndirilməsi, IDEA hərəkatının ekoloji fəaliyyəti Fondun davamlı inkişaf məqsədləri üçün həyata keçirdiyi proqramın yalnız bir hissəsidir. Bütün bunlar milli və beynəlxalq səviyyələrdə fəaliyyəti ölkənin innovativ tərəqqisinə və Azərbaycan Respublikasının layiqli imicinin formalaşdırılmasına qiymətsiz töhfədir”, - deyə Dövlət İdarəçilik Akademiyasının rektoru bildirib.

Daha sonra konfransda Bakı Slavyan Universitetinin rektoru, YAP İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyevanın “Heydər Əliyev və sürətli reformlar strategiyası” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi deyib: “Heydər Əliyev irsi zəngin siyasi xəzinəyə bənzəyir. Hər yeni mövzu ilə onun da yeni tərəfləri, yeni səhifələri açılır. Ulu Öndərin qətiyyətli və ardıcıl siyasətçi olduğu bütün dünyaya məlumdur. Biz onun siyasi qətiyyətini çox zaman qanunauyğun, dahilik cizgisi kimi qəbul edirik. Heydər Əliyevin siyasi qətiyyəti həm də rəhbər müdrikliyinin bir portreti, analitik siyasətçi düşüncəsinin yekunu idi. Tarixdə elə məqamlar var ki, düzgün qərarları yubanmadan gerçəkləşdirmək onların zəruriliyini izah etməkdən qat-qat vacib olur. Azərbaycanın postsovet dövründəki taleyi belə qərarlar tələb edirdi. Heydər Əliyev bu barədə hələ Sovet İttifaqı dağılmazdan əvvəl düşünürdü. Onun vaxtilə qəbul etdiyi qərarların taleyimizi dəyişən dərin islahatlar olduğu isə sonralar aydınlaşdı”.

Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən YAP Qadınlar Şurasının sədri vurğulayıb ki, xalqımız dövlətimizin başçısını iki məqama görə daha çox sevir: bunlardan biri Heydər Əliyevin mirası olan siyasi sabitliyin qorunması, ikincisi isə sürətli tərəqqinin təmin olunmasıdır. Tərəqqi sabitlikdən yaranır, amma daimi olanda sabitliyə xidmət edir. Həm cəmiyyət, həm də şəxsiyyətlər üçün yaşamaq və inkişaf etmək perspektivi hava kimi zəruri bir şeydir. Heydər Əliyevin sabitlik konsepsiyası buna əsaslanırdı. Ümidsiz və inamsız cəmiyyətdə ən yaxşı güc orqanları da sabitliyi təmin edə bilməz. Azərbaycandakı siyasi sabitliyin zəruri amili ölkəmizin fəal xarici siyasətidir. Bu siyasətin təsirli olmasında birinci xanım Mehriban Əliyevanın fəaliyyəti də xüsusi qiymətə layiqdir.

Konfransda, həmçinin “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” kitabı təqdim olunub. Kitabda konfrans iştirakçılarının məruzələri yer alıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY