İQTİSADİYYAT


Azərbaycanın 2019-cu il üzrə Aİ Biznes Mühiti Hesabatı təqdim olunub

Bakı, 13 iyun, AZƏRTAC

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən nəşr olunan Azərbaycanın 2019-cu il üzrə Aİ Biznes Mühiti Hesabatı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, hesabat iyunun 13-də Bakıda keçirilən V Azərbaycan-Avropa İttifaqı biznes forumunda təqdim olunub.

Forumda Azərbaycanda son iqtisadi yeniliklər, imkanlar və çətinliklər müzakirə edilib. Həmçinin mövcud iqtisadi vəziyyətlə yanaşı, ölkədəki biznes və investisiya mühiti barədə Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin fikirlərini əks etdirən illik biznes mühiti hesabatının nəticələrinə əsaslanan hesabatın əsas məqamları təqdim olunub. Tədqiqat vergi və gömrük sistemində, eləcə də təhsil və maliyyə sahələrində islahatların gücləndirilməsinin və yeni islahatların həyata keçirilməsinin vacibliyini vurğulayır. Bundan başqa, hesabat sahibkarlar arasında məlumatlılıq səviyyəsini artırmaq və Strateji Yol xəritələrinin uğurlu şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə dövlət-özəl sektor dialoqunun gücləndirilməsinin vacibliyini vurğulayır.

Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədrinin müavini İsmayıl Hüseynov, Ədliyyə nazirinin müavini Toğrul Musayev və Təhsil nazirinin müavini İdris İsayev tədqiqata dair müzakirələrdə iştirak edib və hesabatın nəticələri ilə bağlı öz dəyərli fikirlərini bölüşüblər.

Onlar öz sektorlarında mövcud olan çətinliklərin aradan qaldırması məqsədilə davam etdirilən islahat tədbirləri barədə ətraflı məlumat verib və dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsini dəstəklədiklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.