MƏDƏNİYYƏT


Azərbaycanın Əməkdar artisti Macarıstanın “Qızıl Xaç” ordeninə layiq görülüb

Bakı, 16 noyabr, AZƏRTAC

Macarıstan Prezidenti Yanoş Aderin və Baş nazir Viktor Orbanın sərəncamları ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Macarıstanın ən yüksək dövlət mükafatı- “Qızıl Xaç” ordeni ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, dirijor Əyyub Quliyev bu mükafata mədəniyyət sahəsində əldə etdiyi uğurlara və Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfələrə görə layiq bilinib.

Ordenin təqdimat mərasiminin Macarıstanın Azərbaycandakı səfirliyində keçirilməsi planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.