SİYASƏT
Azərbaycanın Baş naziri Qvineya-Bisau Respublikası Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Qvineya-Bisau Respublikası Prezidentinin xüsusi nümayəndəsi – fövqəladə və səlahiyyətli səfir Mamadu Sano Qomes ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı qonaq regionun ən qabaqcıl dövlətlərindən olan Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin ölkəsi üçün maraq doğurduğunu vurğulayıb. Daha sonra o, Qvineya-Bisau Respublikasının Prezidenti Joze Mario Vazın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu Baş nazirə təqdim edib.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.