MƏDƏNİYYƏT


Azərbaycanın DOM teatrı Türkdilli Xalqların “Tuqanlıq-2019” Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Bakı, 14 yanvar, AZƏRTAC 

Mayın 23-dən 30-dək Başkortostanın paytaxtı Ufada Türkdilli Xalqların “Tuqanlıq” VII Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalın proqramına Başkortostan, Tatarıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tuva, Krım, Xakasiya, Türkiyə, Özbəkistan, Altay və Qaqauz Yeri teatrlarının 13 tamaşası daxil edilib.

AZƏRTAC Başinforma istinadla xəbər verir ki, Azərbaycanın DOM müstəqil teatrı “Tuqanlıq” festivalı üçün tamamilə yeni olan qeyri-adi format - rejissor və nəzəriyyəçi Tərlan Rəsulovun quruluşunda İsmayıl Amanın müasir qaçqınlar haqqında “Limbo” immersiv tamaşasını təqdim edəcək.

Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrı festivalda azərbaycanlı rejissor Tural Mustafayevin quruluşunda Con Patrikin “Əziz Pamela” tamaşası ilə təmsil olunacaq.

Festival çərçivəsində “Mədəniyyətlərin dialoqu və türkdilli xalqların teatrı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək, konfrans materialları əsasında məqalələr toplusu nəşr olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.