Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanın Dövlət Müstəqilliyi Günü bölgələrdə qeyd olunub

İsmayıllı, 18 oktyabr, AZƏRTAC 

İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin oktyabrın 18-də keçirilən növbəti məşğələsi müstəqilliyimizin 28-ci ildönümünə həsr edilib və məşğələdə “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaq” mövzusu tədris olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə müstəqil Azərbaycanın qurucusu və memarı ümummilli lider Heydər Əliyevin mərkəzi meydandakı abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsini rayon Ağsaqqallar şurasının sədri, dövlət qulluğu veteranı Valeh Salehov açıb, müstəqil Azərbaycanın keçdiyi şərəfli yol barədə məlumat verib.

Rayon məhkəməsinin hakimi Rəfael Şirinov Azərbaycanın dövlət müstəqilliyi barədə məruzə edib. Məruzədə, eləcə də çıxışlarda qeyd olunub ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk olaraq Azərbaycan dövlət müstəqilliyi əldə edib, demokratik cümhuriyyət qurub. Təəssüf ki, bu cümhuriyyət cəmi 23 ay yaşayıb. Lakin uzun illər xalqın azadlıq, müstəqillik arzuları sarsılmayıb. Nəhayət, 70 il sonra, 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən müstəqillik qazanıb. İlk vaxtlar ciddi problemlər yaşayan Azərbaycanda xalq ulu öndər Heydər Əliyevi təkidlə yenidən hakimiyyətə gətirib, dövlətimiz dahi rəhbərin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yenidən müstəqillik yoluna qədəm qoyub.

Məşğələyə yekun vuran rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz xarakter aldığını, Prezident İlham Əliyevin Ulu Öndərin yaratdığı əsaslar üzərində ölkəmizi regionda aparıcı dövlətə çevirdiyini, beynəlxalq miqyasda söz sahibi etdiyini diqqətə çatdırıb.

Məşğələdən sonra Heydər Əliyev Mərkəzin foyesində balacaların ifasında Azərbaycana, müstəqilliyimizə həsr olunan şeir və mahnılar səsləndirilib.

X   X   X

Oktyabrın 18-də Kürdəmirdəki Heydər Əliyev Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilən “Müstəqilliyimiz əbədidir, dönməzdir ” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında “Müstəqilliyimiz əbədidir” adlı kompozisiya nümayiş olunub.

Dəyirmi masada Qarabucaq kənd tam orta məktəbin müəllimi Nizam İsmayılov “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür”, N saylı hərbi hissədə siyasi işlər üzrə komandir müavini Qorxmaz Mehdiyev “Müstəqillik dövründə Azərbaycan Respublikasının hərbi quruculuq fəaliyyəti”, YAP rayon təşkilatı Qadınlar şurasının sədri Sevda Hacıyeva “Heydər Əliyev ideyaları milli müstəqilliyimizin mənəvi güc mənbəyidir”, Atakişili kənd tam orta məktəbin tarix müəllimi Səidə Dadaşova “Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi” mövzularında çıxış ediblər. Çıxışlarda ulu öndər Heydər Əliyevin dövlətimiz və dövlətçiliyimiz, habelə xalqımız üçün qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışılıb.

Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Dövlət Müstəqilliyi Günü münasibətilə dəyirmi masa iştirakçılarını təbrik edib, ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından söz açıb. Ulu Öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran icra hakimiyyətinin başçısı son illər Azərbaycanın dünyada qabaqcıl ölkələr sırasına çıxdığını, iqtisadi inkişaf tempinə görə lider ölkələrdən birinə çevrildiyini bildirib.

X   X   X

Oktyabrın 18-də Göyçayda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü şəhərin Heydər Əliyev prospekti istiqamətində “Qarabağ Azərbaycandır!” şüarı altında Ulu Öndərin abidəsinədək keçirilən yürüşlə başlayıb. İştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edib. Bildirib ki,

müstəqil bir dövlətə sahib olmaq, öz müqəddəratını və taleyini müstəqil şəkildə təyin etmək bir xalqın əldə edə biləcəyi ən böyük xoşbəxtlikdir. Natiq sözünə davam edərək vurğulayıb ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan ulu öndər Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təcrübəsi nəticəsində bu müstəqilliyi dönməz və əbədi etdi.

Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan danışıb.

Sonra tədbir mədəniyyət mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib. Tədbirdə güləş idman növü üzrə beynəlxalq idman yarışlarındakı nailiyyətlərinə görə Qismət Eyyubova və Vasif Məmmədova rayon icra hakimiyyəti başçısının təşəkkürnaməsi verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib