SİYASƏT


Azərbaycanın Misirdəki diaspor rəhbərinin bəyanatı Əlcəzair qəzetində dərc edilib

Qahirə, 14 yanvar, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” qəzetində Misirdəki Azərbaycan diasporunun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bəyanatı yayılıb.

AZƏRTAC xəbər verir ki, “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun imzası ilə yayılmış bəyanatda bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən geniş qeyd edildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, dost Misirdə yaşayan soydaşlarımız 1991-ci il dekabrın 31-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu vaxt təsis etdiyi bu əlamətdar günü geniş şəkildə qeyd edirlər. Bu il isə bayram Silahlı Qüvvələrimizin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi şanlı Qələbə əhval-ruhiyyəsi ilə qeyd olunub.

Bəyanatda bildirilir ki, xaricdə, o cümlədən Misirdə yaşayan azərbaycanlılar həmin ölkələrin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər. Həmçinin diqqətə çatdırılır ki, keçmiş sovet respublikaları arasında İslam Əməkdaşlıq Təşkilatına qoşulan ilk dövlətlərdən biri olan Azərbaycan Respublikası ərəb və İslam dünyası ilə əlaqələrin möhkəmlənməsinə xüsusi diqqət yetirir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasında 155 dövlət tərəfindən dəstəklənməsi, habelə Qoşulmama Hərəkatına sədrlik etməsi və onun Zirvə görüşünü keçirməsi Azərbaycanın hər il artan beynəlxalq nüfuzunun təzahürüdür.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.