SİYASƏT


Azərbaycanın Müdafiə Nazirliyi bu gün saat 17:30-dək düşmənin məhv edilən döyüş texnikasının sayını açıqlayıb VİDEO

Bakı, 30 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sentyabrın 30-da saat 17:30-dək düşmənin məhv edilən döyüş texnikasının sayını açıqlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saat 17:30-dək düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinin 4 ədəd “D-20” haubitsa-topu, 16 tankı, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə birlikdə 2 yük maşını məhv edilərək sıradan çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.