Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək
Bu, uğurlu xarici siyasətimizin və Hərəkatın üzvlərinin ölkəmizə yüksək etimadının təzahürüdür

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək  Bu, uğurlu xarici siyasətimizin və Hərəkatın üzvlərinin ölkəmizə yüksək etimadının təzahürüdür

Bakı, 5 avqust, AZƏRTAC

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək və Azərbaycan Respublikası 2019-2022-ci illər üzrə bu quruma sədrlik edəcək. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva AZƏRTAC-a Hərəkatın mahiyyəti, ölkəmizin təşkilata sədrliyinin prioritetləri barədə danışıb.

- Cari ilin oktyabrından etibarən ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu qərar Qoşulmama Hərəkatının 2016-cı il sentyabrın 13-18-də Venesuelanın Marqarita adasında keçirilən Zirvə Görüşündə üzv ölkələr tərəfindən yekdilliklə qəbul edilib. 2011-ci ildə QH-yə tamhüquqlu üzv olan Azərbaycanın qısa müddət ərzində bu quruma rəhbərliyi həyata keçirmək imkanını əldə etməsi ölkəmiz üçün nə deməkdir? Azərbaycanın QH-yə sədrliyi quruma nələri vəd edir və bu sədrliyin prioritetləri nədən ibarətdir? Bu sualları cavablandırmazdan əvvəl, Hərəkatın mahiyyətinə qısa şəkildə nəzər salmaq istərdim.

Soyuq müharibə dövründə hər hansı siyasi-hərbi bloklara qoşulmayan dövlətləri bir araya gətirən Qoşulmama Hərəkatı, Sovet İttifaqının dağılması ilə dəyişən tarixi reallıqda və müasir dövrün çoxtərəfli diplomatiyasında aktuallığını və beynəlxalq münasibətlərə təsir imkanlarını qoruyub saxlaya bilən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Bu gün Qoşulmama Hərəkatı BMT-dən sonra ən çox dövləti öz sıralarında birləşdirən siyasi platformadır. Belə ki, tamhüquqlu 120 üzvü olan Hərəkat özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. Qoşulmama Hərəkatının əsas prinsipləri hələ 1955-ci ildə, yəni QH yaranmazdan əvvəl İndoneziyanın Bandunq şəhərində keçirilmiş beynəlxalq konfrans zamanı elan edilmiş “Bandunq prinsipləri”dir. Beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair beynəlxalq hüququn əsas prinsipləri ilə uyğunluq təşkil edən “Bandunq prinsipləri”nə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, xalqların bərabərliyi, dövlətlərin daxili işlərinə qarışmamaq, dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı fəaliyyətdən və güc tətbiqindən imtina etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, habelə ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək və digər bu kimi mühüm məsələlər daxildir. Hərəkatın üzvü olan hər bir dövlət məhz bu prinsiplərə bağlı olduğunu bildirməlidir.

Hər hansı hərbi-siyasi bloka qoşulmayan və müstəqil təhlükəsizlik siyasəti yürüdən ölkəmiz QH-nin yuxarıda qeyd olunan əməkdaşlıq prinsiplərinə bağlı olduğunu elan edərək 2011-ci il mayın 26-dan etibarən qurumun tamhüquqlu üzvünə çevrildi. Hərəkatın işində fəal şəkildə iştirak edən Azərbaycan bu platformadan, eyni zamanda, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf etdirilməsi üçün səmərəli şəkildə faydalandı. Təqdirəlayiq haldır ki, ölkəmizin Qoşulmama Hərəkatında iştirakı ilə bu qurumun üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatı daha da dolğunlaşdı və 2012-ci ildən etibarən Hərəkatın nazirlər görüşləri və zirvə görüşləri nəticəsində qəbul edilən bütün yekun sənədlərinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bənd daxil edilir. Burada Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstək ifadə edilir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə gedən yolu üzvü olduğu təşkilatda cəmi 8 il çəksə də, əslində, böyük əmək və diplomatik səyləri tələb edən bir proses olub. Üzv olduğu ilk gündən etibarən Hərəkatın işində fəal iştirak edərək, aparılan müzakirələrə və hazırlanan sənədlərə töhfə verən Azərbaycan 2014-cü ildə QH-nin Əlcəzairdə keçirilən nazirlər toplantısında bir sessiyaya, eləcə də 2016-cı ildə Marqarita adasında keçirilən Zirvə Görüşü çərçivəsində iclasın bir sessiyasına sədrlik edib. Azərbaycan Respublikasının 2019-2022-ci illərdə QH-yə sədrlik etmək niyyəti ilə bağlı təklifi öncə qurumun Nyu-Yorkda fəaliyyət göstərən daimi orqanı olan Əlaqələndirici Büroya təqdim edilib. Bu təklif üzv ölkələr ilə razılaşdırıldıqdan sonra Hərəkatın 2016-cı ilin sentyabrında keçirilmiş 17-ci Zirvə Görüşündə Azərbaycanın quruma sədrliyi ilə bağlı qərar qəbul olunub. Vacib məqamlardan biri də ondan ibarətdir ki, ölkəmizin daxil olduğu Avropa qrupu uzun müddətdən sonra (sonuncu dəfə 1989-1992-ci illərdə Hərəkata Avropa qrupundan Yuqoslaviya sədrlik edib) ilk dəfə məhz Azərbaycanın timsalında QH-yə sədrliyi həyata keçirəcək. Bu baxımdan, əlbəttə ki, bütün dünya dövlətləri ilə təcavüzkar Ermənistan istisna olmaqla, xüsusilə qonşu ölkələrlə əməkdaşlıq münasibətlərini inkişaf etdirən, İslam dünyasının mühüm tərkib hissəsi olan və Avropa ölkələri ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini bölüşən, Qərblə Şərqin kəsişdiyi önəmli coğrafi məntəqədə yerləşən Azərbaycanın üzərinə böyük məsuliyyət düşür.

Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrliyi ilə bağlı tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Bu sədrlik əlbəttə ki, Hərəkatın tam etimadını qazanan ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Qarşıdan gələn növbəti üç il ərzində Azərbaycan müəyyən etdiyi prioritet sahələrə uyğun olaraq QH üzv ölkələrinin vahid mövqeyinin formalaşdırılmasını, eləcə də qurumun əhəmiyyət kəsb edən orqanlarından biri olan Hərəkata üzv ölkələrin BMT Təhlükəsizlik Şurasında (TŞ) qruplaşmasının işinin əlaqələndirilməsini həyata keçirəcək. Belə ki, sözügedən qruplaşma vasitəsilə QH üzv dövlətləri BMT TŞ-də öz mövqelərinin təmin olunmasına və təşkilatın Zirvə görüşlərində qəbul olunmuş qərarlarının TŞ qətnamələrində əks olunmasına çalışırlar. Bu mühüm vəzifələrin yerinə yetirilməsi üçün sədrliyimiz dövründə QH-nin Nyu-Yorkda, BMT-nin Mənzil Qərargahında yerləşən Əlaqələndirmə Bürosuna rəhbərlik ölkəmizin BMT yanında daimi nümayəndəsi tərəfindən həyata keçiriləcək.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi fikrimizcə, Hərəkatın istər üzv ölkələri arasında əlaqələndirmə işlərinin təkmilləşdirilməsi və canlandırılması, istərsə də qurumun özünün fəaliyyət göstərdiyi digər BMT qərargahlarında (məsələn, Vyana, Cenevrə, Nayrobi kimi) əlaqələndirmənin gücləndirilməsi, habelə aparıcı beynəlxalq təşkilatlarla dialoqun qurulması baxımından faydalı olacaq. Təsadüfi deyil ki, ölkəmizin QH-yə sədrliyi prioritetləri də məhz bu istiqamətlərə uyğun olaraq müəyyənləşdirilib: 1. Hərəkatın üzv ölkələri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi; 2. Hərəkatın beynəlxalq müstəvidə nüfuzunun daha da gücləndirilməsi; 3. “Bandunq prinsipləri”nin təşviq edilməsi.

“Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda bu il oktyabrın 25-26-da paytaxtımız Bakı şəhərində keçiriləcək QH üzv ölkələrinin XVIII Zirvə Görüşü çox önəmli bir tarixin, Azərbaycanın bu beynəlxalq quruma qarşıdan gələn üç il ərzində sədrliyinin əsasını qoyacaq. Sədrliyimiz dövründə ölkəmizin qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə və ən yüksək səviyyədə gələcəyi heç bir şübhə doğurmur, çünki gənc ölkə olmasına rəğmən Azərbaycan artıq beynəlxalq aləmdə böyük uğurlara imza atıb. Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun möhkəmləndirilməsi, ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsinin genişləndirilməsi, BMT və digər beynəlxalq təşkilatlarla təmasların daha da gücləndrilməsi ilə yanaşı, əlbəttə, ölkəmizə QH kimi böyük siyasi quruma rəhbərlik etmək təcrübəsi qazandıracaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının ötən il aprelin 3-6-da Bakıda keçirilən nazirlər konfransının açılış mərasimində çıxışı zamanı səsləndirdiyi kimi "Hamımız müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik”. Qoşulmama Hərəkatının gələcəyi və gücü, məhz birlikdə olmaqda və vahid mövqe nümayiş etdirməkdədir. Azərbaycan, öz növbəsində, qarşıdan gələn QH sədrliyi müddətində bu məqsədlərə nail olmaq üçün bütün səylərini səfərbər edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO