MƏDƏNİYYƏT


Azərbaycanın “Səma” rəqs qrupunun çıxışı Əbu-Dabi dövlət televiziyasında canlı yayımlanıb

Əbu-Dabi, 22 yanvar, AZƏRTAC 

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Şeyx Zayed İrsi Beynəlxalq festivalında Azərbaycan da təmsil olunur.

AZƏRTAC xəbər verir ki, festivalın ölkəmizi təmsil edən “Səma” rəqs qrupu “Odlar Yurdu” rəqs kompozisiyasını ifa edib. Azərbaycan rəqs qrupunun milli musiqimizin sədaları altında çıxışı Əbu-Dabi dövlət televiziyası tərəfindən canlı yayımlanıb.

Daha sonra milli rəqs qrupumuz proqramlarını Azərbaycan pavilyonun qarşısında quraşdırılmış səhnədə davam etdirib. Rəqslər tədbir iştirakçılarının böyük marağına səbəb olub, qonaqlar milli paltarda olan rəqs ifaçıları ilə şəkillər çəkdirib. Rəqslərin yanvarın 26-dək hər gün təşkili planlaşdırılır.

Tədbir çərçivəsində təşkil edilmiş paradda Azərbaycan pavilyonunun iştirakçıları milli paltarlarda Azərbaycanın dövlət bayrağını bütün festival ərazisində gəzdirərək, ziyarətçilərlə şəkillər çəkdirib və iştirakçılara ölkəmiz barədə geniş məlumat veriblər.

Festivalda Azərbaycan məhsul və xidmətlərindən ibarət pavilyon qurulub. Pavilyonda müxtəlif milli geyimlərimiz, Azərbaycan xalça muzeyində saxlanılan xalçaların prototipləri yer tapıb, ölkəmizdə istehsalı olan çay və ərzaq məhsulları nümayiş edilib. Eyni zamanda, pavilyonda ölkəmizin turizm imkanları, mədəni, tarixi və memarlıq abidələrinin tanıdılması istiqamətində təbliğat işləri aparılıb.

Qeyd edək ki, Şeyx Zayed Festivalını hər il iki milyondan çox insan ziyarət edir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.